REGİONLAR
Səyyar kitabxana xidməti xocavəndli gənclər tərəfindən maraqla qarşılanıb



Beyləqan, 26 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd, Xocavənd, 320 ailəlik qəsəbələrdə səyyar kitabxana xidməti təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Xocavənd rayon Gənclər və İdman İdarəsi və rayon mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən səyyar kitabxana xidmətindən məqsəd gənclərə mütaliə vərdişlərinin aşılanması, kitab oxumağın üstünlüklərinin təbliğ olunmasıdır. Çıxış edənlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, insanın mənəvi inkişafında, onun şəxsiyyət kimi formalaşmasında əvəzsiz rolundan bəhs ediblər.
Səyyar kitabxana xidməti xocavəndli gənclər tərəfindən maraqla qarşılanıb.