Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər
Bakı, 27 aprel, AZƏRTAC
Polşa və Avstraliya təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi üzərində işləyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavada avstraliyalı həmkarı Riçard Marlz ilə danışıqlardan sonra bildirib.
“Biz Avstraliya ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamaq, daha doğrusu, əvvəlcə onu işləyib hazırlamaq vəzifəsini öz üzərimizə götürdük” – deyə, Polşa Müdafiə İdarəsinin rəhbəri mətbuat konfransında deyib.
O əlavə edib ki, ölkələr hərbi-sənaye kompleksi müəssisələri arasında qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışacaqlar. V.Kosinyak-Kamış Polşanın bu yaxınlarda ABŞ-dan aldığı F-35 təyyarələrini istismar etmək üçün Avstraliya pilotlarının təcrübəsinə ehtiyac yaranacağını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]