İQTİSADİYYAT
“Pobeda” aviaşirkəti yay aylarında Rostov-Bakı aviareysini dayandıracaq VİDEO
Bakı, 10 mart, Elvin Camalov, AZƏRTAC
“Pobeda” aviaşirkəti yay aylarında Rostov-Bakı aviareysini müvəqqəti dayandıracaq.
AZƏRTAC “www.donnews.ru” saytına istinadla xəbər verir ki, Rusiyanın “Pobeda” aviaşirkəti 4 ay ərzində Rostov-Bakı aviareysini yerinə yetirməyəcək. Hazırda aviaşirkət Rostov-Bakı marşrutu üzrə həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri aviareys həyata keçirir. Martın 28-dən etibarən bu reyslərin sayı 3-dək endiriləcək. Belə ki, aviaşirkət Rostov-Bakı marşrutu üzrə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuş yerinə yetirəcək.
May ayının 30-dan sentyabrın 26-dək isə “Pobeda” aviaşirkəti təyyarə sayının çatışmazlığı səbəbindən reysləri müvəqqəti dayandıracaq.
Qeyd edək ki, “Pobeda” Rostov-Bakı marşrutu üzrə ötən il oktyabrın 31-dən uçmağa başlayıb.