REGİONLAR
İsmayıllıda 108 yaşayış məntəqəsindən 24-də əhalinin pulsuz tibbi müayinəsi başa çatıb VİDEO
İsmayıllı, 27 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin fevralın 15-dən başlanan növbəti ödənişsiz tibbi müayinəsi respublikamızın digər bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da müvəffəqiyyətlə davam etdirilir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 63 min nəfərə yaxın sakinin kütləvi tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Onlardan 2480 nəfəri məcburi köçkünlərdir.
Qeyd edək ki, müayinələr şəhər üzrə rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Lahıc qəsəbə, İvanovka kənd xəstəxanalarında, habelə 11 kənd həkim məntəqəsində aparılır. Müayinələrə peşəkar həkim və orta tibb işçiləri cəlb edilib. Səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin tibbi müayinəsini yaşadıqları ünvanda həyata keçirir.
İndiyədək 25 min 509 nəfər tibbi müayinədən yararlanıb. Onların 422 nəfərinə ambulator müayinə təyin edilib, 152 nəfər isə stasionar müalicəyə cəlb olunub. Daha ətraflı müayinə və müalicəyə ehtiyacı olan 15 nəfər Bakı şəhərinə göndərilib.
Artıq rayonda 108 yaşayış məntəqəsindən 24-də əhalinin dispanserizasiyası başa çatıb.