Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

Bakı, 21 avqust, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yeni layihəyə start verir. “Mərkəzi Asiya” adlanan bu layihədə müvafiq regionun coğrafiyası, bu bölgə ilə bağlı maraqlı təşəbbüslər, tanınmış şəxslərlə tanışlıq, Azərbaycanın bu regionun ölkələri ilə birgə layihələri barədə yaddaqalan videomüsahibələr, sənədli filmlərin təqdim olunması nəzərdə tutulur. Bu layihənin ilk qonağı isə tanınmış azərbaycanlı modelyer-dizayner, ətriyyatçı, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova olub. O, BAMF-ın təsis etdiyi “Eurasia Diary” analitik informasiya portalına müsahibəsində Mərkəzi Asiya ölkəsi Özbəkistanın milli parçalarından hazırlanan kolleksiyası və bu kolleksiyanın yaxın vaxtlarda Özbəkistanda təqdim olunacağı barədə məlumat verib. Tanınmış özbək jurnalist Şöhrət Salamov “Eurasia Diary” analitik informasiya portalı adından Fəxriyyə Xələfovadan müsahibə alıb. AZƏRTAC həmin müsahibənin yazılı və video versiyasını təqdim edir.

-Fəxriyyə xanım, görürəm ki, özbək kolleksiyasının yaradılması üzərində böyük səylə çalışırsınız. Bu barədə öz təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Sizin haqqınızda çox oxumuşam, bütün dünya Sizi tanıyır. Bilmək istərdim ki, azərbaycanlı Fəxriyyə Xələfova özbək mədəniyyətini, özbək ipəyini, özbək parçalarını, özbək rənglərini və özbək ruhu dünyasını necə qəbul edir?

-Bu cür xoş sözlərə görə təşəkkür edirəm. Mən özbək parçaları, özbək naxışları ilə həmişə maraqlanmışam. Özbək ipəyi məni hər zaman maraqlandırıb. Evimdə və ofisdə bir neçə nümunə var. Özbəkistandan kim gəlirdisə, deyirdim, özü ilə parça gətirsin. Buna görə də bir az parça toplaya bilmişəm. Amma artıq bu yay qarşıma məqsəd qoymuşam ki, özbək ipəklərindən ibarət kolleksiya toplayım. Bu ideyanı həyata keçirmək üçün mənə parça lazım idi. Şadam ki, dostlarım istəyimi yerinə yetirib, mənim zövqümə uyğun parçalar gətiriblər və mən bu kolleksiya üzərində işləməyə başlamışam. Deyə bilərəm ki, bu iş məni başqa bir dünyaya aparıb. Mən özüm üçün tamamilə yeni bir aləm, yeni rəng, yeni çalarlar kəşf etmişəm. Hər zaman özbək parçalarına baxanda təəccüblənirdim ki, bu rəngləri necə sintez etmək olar? Bunun üçün, əlbəttə ki, böyük ustalıq, istedad və şübhəsiz, əsrlərboyu formalaşmış millilik tələb olunur. Onun Özbəkistanda ilkin formasında qorunub saxlanılması çox yaxşı haldır. Bu, əslində çox böyük ilham mənbəyi və iş üçün çox yaxşı materialdır.

-Özbəkistan barədə təəssüratlarınız necədir? Özbək xalqı haqqında danışılanda, yazılanda və ya televiziyada göstəriləndə bu ölkə haqqında hansı təəssüratlarınız yaranır?

-Mən böyük məmnuniyyətlə bu gözəl ölkə barədə təəssüratlarım, onların necə formalaşdığı barədə danışacağam. Əlbəttə ki, ən parlaq təəssüratlar uşaqlıq dövrü və gənclik illəri ilə bağlıdır. Təəssüf ki, özüm hələ ki Özbəkistanda olmamışam. Lakin evimizdə çoxlu şəkillər var və mən sizə bu şəkillərin tarixçəsini danışacağam. Uzun illər əvvəl anam və bacım tətili Özbəkistanda keçiriblər. Bu, onların böyük arzusu idi. Mən orta məktəbdə oxuyurdum, bacım isə ali məktəbdə təhsil alırdı. Anam ali məktəbdə dərs dediyi üçün məktəb və universitet tətilləri üst-üstə düşmürdü. Ona görə də anam tətildə Özbəkistana bacımla getdi. Onların səfərə necə hazırlaşdıqlarını, həmin vaxt yaşanan emosiyaları və gedə bilmədiyim üçün necə pis olduğumu xatırlayıram. Bir daha demək istəyirəm ki, Özbəkistana getmək anamın böyük arzusu idi. Onlar gəzməli-görməli yerlərdə olmuş və fotolar çəkdirmişdilər. Anam foto sənətinin böyük həvəskarı idi. O, özü şəkil çəkirdi, fotoaparat həmişə yanında olurdu. Bütün o gözəlliklərin fonunda öz şəkillərini çəkdirmiş, təbii ki, bədii şəkillər də çəkmişdi. Onlar Səmərqənddə olmuşdular. Həmin şəkillərə mən uzun müddət tamaşa edirdim, yəqin onlar mənim emosiyalarıma təsir edirdi. Buna görə də mən həmişə Özbəkistana getmək istəmişəm. Belə alındı ki, anam bacımla orada oldu, mən isə yox. Hələ ki, arzum həyata keçməyib. Lakin artıq anlayıram, hiss edirəm ki, tezliklə Özbəkistana gedəcəyəm. Özbəkistana təkcə turist kimi deyil, yaradıcı insan kimi getmək və öz sənətimlə bölüşməyə şad olaram. Əlbəttə ki, moda sənəti ilə. O dünyəvidir və dili yoxdur. Podiumda biz sənətimizi sözsüz nümayiş etdiririk, modellər gözəl musiqi sədaları altında sakit gəzirlər, lakin 15-20-30 dəqiqəlik qısa zaman kəsiyində biz teatr rejissorları kimi susmaqla çox şey deyə bilirik. Modelyerlər məhz belə işləyir. Bu səbəbdən də düşünürəm ki, tezliklə öz dilsiz sənətimi modanın dili ilə Özbəkistanda göstərəcəyəm. Mənim üçün ən vacibi Özbəkistanda öz sənətimin dili ilə uşaqlıq illərimdən qalan ən gözəl xatirələri əks etdirməkdir.

-Bildiyimiz kimi, Azərbaycan və Özbəkistan qardaş və dost ölkələrdir. Lakin modelyer kimi özbək ipəyini bütün dünyaya təqdim etmək hər kəsə nəsib olmur. Xahiş edirik, bu barədə də danışasınız.

-Karyeramın başlanğıcında sənətimi Azərbaycanda, xüsusilə Bakıda nümayiş etdirməyə çalışırdım. Bütün təqdimatlarım Bakıda keçib. Ancaq mən həmişə qarşıma böyük məqsəd və hədəflər qoymuşam. İstəmişəm elə bir səviyyəyə çatam ki, öz kolleksiyamı Parisdə nümayiş etdirə bilim. Əlbəttə ki, Paris modanın mərkəzidir və bu, hamıya bəllidir. Parisdə ilk nümayişim 1997-ci ildə “Ethnical Fashion” festivalı, yəni etnik tendensiyaların nümayişi çərçivəsində baş tutub.

Əlbəttə ki, bütün etnik tendensiyalar müasir moda ilə sintez olunmalıdır. Parisdə moda nümayiş etdirmək lazımdır və bu, aksiomdur. Mən özbək parçaları və ipəkləri üzərində işləməyə başlamışam. Hesab edirəm ki, bu kolleksiyanı mütləq beynəlxalq podiumlarda göstərəcəyəm. İstəyirəm, bu gözəlliyi dünya ilə bölüşəm. Bunu mütləq edəcəyəm, bu, mənim hədəflərimdən biridir. Lakin bundan əvvəl Bakıda və Özbəkistanda mütləq təqdimat edəcəyəm. Düşünürəm ki, hər bir orijinal, milli sənətdən istifadə olunmalıdır. Onu dünya ictimaiyyətinə göstərmək lazımdır.

-Dizayner Fəxriyyə Xələfovadan savayı, ətriyyatçı Fəxriyyə Xələfova da var. Siz bir çox qadın və kişi ətirlərinin yaradıcısısınız. Xahiş edirəm deyəsiniz, bu necə baş verir?

-2010-cu ildə mən “FX Beauty company” ətriyyat şirkətinin əsasını qoymuşam. Şirkəti yaratdıqdan sonra qadın və kişi ətirlərini istehsal etməyə başladım. Hazırda 5 qadın və bir kişi ətrini təqdim etmişəm. Şübhəsiz, beşillik təcrübə və ətriyyatçı, eləcə də bu sahədə biznes-ledi kimi mən öz ətirlərim və prinsipcə ətriyyat biznesi barədə təsəvvürə malikəm. Buna görə də bu istiqaməti inkişaf etdirməyə, yeni ətirlər yaratmağa və öz biznesimi formalaşdırmağa çalışıram. Həmçinin öz ətirlərimi digər ölkələrdə nümayiş etdirmək üçün səy göstərirəm. Hər şeydən əvvəl, mən dost və doğma, özümüzə yaxın bildiyimiz ölkələrə güvənirəm. Buna görə də Özbəkistan, ətirlərimi orada necə təqdim edəcəyim barədə ciddi düşünürəm. Mən özümü həm dizayner, həm də ətriyyatçı kimi təqdim etmək istəyirəm. Onun üçün də bu haqda çox ciddi düşünmüşəm. Mənə elə gəlir ki, ətriyyat sahəsində Özbəkistanda növbəti addımım mənə maddi və mənəvi məmnunluq bəxş edəcək. Çünki mən öz sənətimi gözəl özbək rəfiqələrimlə və özbək qadınlarla bölüşəcəyəm. Ümid edirəm ki, onlar mənim ətirlərimi bəyənəcəklər. Ən böyük arzum budur ki, bütün xalqlar sülh içində yaşasın, həmişə sülh və əmin-amanlıq olsun. Bu, çox önəmlidir. Dövlət inkişaf edəndə orada mədəniyyət və incəsənət də inkişaf edir. İrəliləyiş müşahidə edilir. İstedadlı və ağıllı insanlar öz imkanlarını göstərə bilirlər. Ona görə də bütün dünyaya xoşbəxtlik, əmin-amanlıq və tərəqqi arzulayıram. Müstəqillik əldə edən bütün dövlətlər müəyyən tarixi mərhələ keçiblər, böyük uğurlar əldə ediblər. Bu, mübahisə olunmaz və mühüm faktdır. Belə bir müasir müstəqil inkişaf mərhələsini keçmək və müəyyən nailiyyətlər əldə etmək xoş bir haldır. Mən Özbəkistan vətəndaşlarına böyük uğurlar, inkişaf və xoşbəxtlik arzulayıram. Xanımlara isə qadın xoşbəxtliyi diləyirəm, çünki bu, çox vacibdir. Qadınlar bəşəriyyətin gözəllik yaradan, həyat bəxş edən gözəl yarısıdır. Buna görə də özbəkistanlı rəfiqələrimə xoşbəxtlik, sağlamlıq, gözəllik arzulayıram. Əminəm ki, Özbəkistanda kifayət qədər gözəllik var. İstəyirəm ki, o gözəllik daha da parlasın. Yekunda hamıya belə bir gözəllik arzulayardım.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib