Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu - aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanda da bu əlamətdar günlərin qeyd edildiyini diqqətə çatdırıb.

Agentliyin rəhbəri Azərbaycan xalqının Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsiri etdiyini söyləyən professor Kamran İmanov bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda (324 müəllif) 717 şəhadətnamə verilib və bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Elektron xidmət bölməsi vasitəsilə 324 müəllif (hüquq sahibi) tərəfindən 626 əsər qeydiyyatdan keçirilib. 2023-cü ildə elektron qaydada 131 müəllifə məxsus 169 əsər qeydiyyata alınıb ki, bu da 2022-ci il ilə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb. Sənaye mülkiyyəti sahəsində 2023-cü ildə ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsinə dair Agentliyə 302 iddia sənədi (2022-ci ildə 271 iddia sənədi) daxil olub. Bu isə ixtira fəallığının 11 faiz artması deməkdir. İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda olaraq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.

Kamran İmanov qeyd edib ki, Agentliyin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin köməyilə bu universitetdə Əqli mülkiyyət kafedrası yaradılıb. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində daha əvvəl yaradılmış filialının fəaliyyəti isə əqli mülkiyyət sahəsində hüquqşünas mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayır. Tələbələr üçün mühazirə və məşğələlər Agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalarda keçilir.

Sonra professor Kamran İmanovun “İnnovasiya və yaradıcılıq naminə müəllifliyin dəstəklənməsi” mövzusunda məruzəsi dinlənilib. Professor qeyd edib ki, müəlliflik hüququnun qorunması insan şəxsiyyətinin ləyaqəti konsepsiyasına əsaslanaraq ötürülə bilməz və onun qorunmasını yalnız yaradıcılar - müəlliflər tələb edə bilər: “Korporativ hüquq sahiblərinin müəlliflərin maraqlarını təmsil etməli olduğuna inanmaq düzgün deyil, əksinə səhv olardı. İnsanın müəllifliyini qoruma hüququ sadəcə olaraq müəllif hüquqlarının qorunmasının sinonimi və ya istinadı deyil, müəllif hüquqlarının qiymətləndirildiyi əlaqəli anlayışdır. Bir insan hüququ kimi müəllifliyin qorunması hazırda əksər ölkələrin müəlliflik hüququ qanunlarında nəzərdə tutulduğundan bəzi hallarda daha çox, bəzi hallarda isə daha az tələb edir və beləliklə, müəllif hüququ qanunu müəllifliyin qorunmasının yalnız bir elementidir. Yaradıcıların rəqəmsal mühitdə mənəvi və maddi maraqları ifadə azadlığı və mədəni həyatda iştirak hüquqlarına potensial olaraq qeyri-mütənasib şəkildə təsir etmədən onları qorumaq üçün ən yaxşı yolların tapılması istiqamətində müzakirələrin aparılmasını tələb edir. “Müəlliflik” kateqoriyasının və nəticə etibarilə “müəllifliyin qoruma hüququnun təhlili “sosium” və “mədəniyyət” mühitlərinin qarşılıqlı təsiri nəticəsində formalaşan mədəni müxtəliflik məkanında aparılacaq ümumi hal üçün məqsədəuyğundur. Hər iki aspekt vahid bütövlüyün komponentlərini təmsil edir və xüsusi hallarda - müəllif hüququ müstəvisinin ayrı-ayrı subyektlərinin davranışının təsviri hesabına formalaşır”.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, müəlliflər “müəlliflik” kateqoriyasının daşıyıcıları kimi sosiumun tərkibinə daxildir və onlar mədəniyyət səviyyəsində mədəni müxtəlifliyi formalaşdırmaqdadırlar: “Mədəni müxtəliflikdə həm sosiumun təşəbbüsü ilə, həm də mədəniyyətdən qaynaqlanan, qarşılıqlı əlaqəsi onlar arasında baş verən dəyişikliklərlə, keçid prosesinin dayanmasını və sistemin pozulmadığı istənilən tarazlığın əldə olunmasını tələb edir. Mədəniyyətin özünü tənzimləməsi ilə belə bir tarazlığa nail oluna bilər, lakin bu prosesi multikulturallığı təmin edən tədbirlər vasitəsilə sürətləndirən dövlət müdaxiləsi ilə də mümkündür”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini bir yenilikdir. Bu termini Bakı Dövlət Universitetində fəaliyyət göstərən dəyərli alimlərimiz tələbələr, gənc hüquqşünaslar arasında geniş yaymalıdırlar.

Səbinə Əliyeva diqqətə çatdırıb ki, Ermənistan ölkəmizə qarşı bir çox müharibə cinayətləri törədib. Həmçinin əsrlər boyu milli-mədəni irsimizi, rəqs nümunələrimizi, kulinariya incilərimizi mənimsəməyə çalışıb. Professor Kamran İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablar və həmin nəşrlərin xarici dillərdə olan nümunələri qiymətli mənbələrdir.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə çıxış edərək əqli mülkiyyət sahəsində Agentliyin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb