Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür

Layihənin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür. Məhz 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirilib. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Qeyd edilən layihələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən səhmlərinin 51 faizi dövlət mülkiyyətində - İqtisadiyyat Nazirliyi, 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edilib.

Azərbaycan tərəfindən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə iştirak edir və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. Layihənin maliyyələşdirilməsi isə “Şahdəniz-1”dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də “Cənub Qaz Dəhlizi” QSC-nin səhm kapitalına, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir.

“Cənub Qaz Dəhlizi” layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsi üçün 2014-2020-ci illər üzrə ümumi tələb olunan təqribən 12,3 milyard ABŞ dolları məbləğində vəsaitdən bu il sentyabrın 15-dək 7,6 milyard dollarlıq hissəsi, yəni təxminən 62 faizi icra edilib. Bu il isə “Cənub Qaz Dəhlizi” üzrə layihələrə 1,7 milyard dollaradək investisiya qoyulub.

Beynəlxalq maliyyə qurumlarının “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə marağı böyükdür. Belə ki, Asiya İnkişaf Bankının Direktorlar Şurası bu il dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi” layihəsi üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib. Həmçinin Dünya Bankının Direktorlar Şurası dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 30 il müddətinə 400 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Dünya Bankının Direktorlar Şurası, eləcə də Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsinə də qərar verib. Bundan başqa, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası dekabrın 21-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə TANAP layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayrılması üzrə layihənin yekun icmalını başa çatdırıb. Layihənin yekun icmalının oktyabrın 18-də bankın idarə heyəti tərəfindən təsdiq olunması gözlənilir. Bu vəsait “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə ayrılacaq. Kredit CQD-nin TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

“Şahdəniz” yatağının kəşfi

Neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividendlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdı.

2006-cı ildən yataqda hasilata başlanıldı. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verildi. 2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Bu ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olub. Yarım ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 milyon dollar əməliyyat və 413 milyon dollar əsaslı xərclər sərf edilib. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Cari ilin birinci yarısında “Şahdəniz” yatağından isə 5,1 milyard standart kubmetr təbii qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barrel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 30 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir. “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” üzrə bu ilin birinci yarısında fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat və 1,64 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin 96 faizi görülüb

Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilir. “Cənub Qaz Dəhlizi”nin digər tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametr ölçüsündəki boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir. CQBKG layihəsi 2013-cü ildən icra edilməyə başlayıb və 2018-ci ilin ortalarında yekunlaşdırılması planlaşdırılır. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya çatdırılmasına xidmət edəcək. Layihənin ümumi dəyəri 4,9 milyard dollardır. CQBKG üzrə 2020-ci ilədək Azərbaycan şirkətlərinin xərclərinin ümumilikdə 820 milyon dollar olması gözlənilir.

Genişləndirmə nəticəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetr artırılaraq 23,4 milyard kubmetrə çatdırılacaq. Bununla da, qaz nəqlinin həcmi 3 dəfəyədək artacaq. Yeni boru kəmərinin uzunluğu Azərbaycan ərazisində 424 kilometr, Gürcüstan ərazisində 61 kilometr, TANAP-a bağlantısı isə 2 kilometrdir.

Bu ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin - tikinti və istismar sınaqları daxil olmaqla, 96 faizi artıq tamamlanıb. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib. Təqribən 370 kilometr uzunluğunda borular artıq qaynaq edilib və 263 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”

Cari ilin birinci yarısında “Şahdəniz-2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95 faizdən çoxu tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı “ATA” (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı dərin özüllər zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Şəngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir. “Şahdəniz-2” layihəsi çərçivəsində dörd quyu artıq tamamlanıb. Birinci yarım ildə “Şahdəniz-1”in mövcud platformasında (Alfa) “SDA11” qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. Bu ilin ikinci rübü ərzində “İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün “SDD01” quyusunun yerləşdiyi əraziyə keçirilib. “Maersk Explorer” qazma qurğusu “SDF01” quyusunun məhsuldar lay hissəsini qazaraq “SDF02” quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir. Bu iki qazma qurğusu artıq “Şahdəniz-2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cari ilin iyununda layihə daha bir mühüm hadisəni qeyd edib - “Şahdəniz-2” üçün tikilən platformalardan birinin üst modulları yola salınıb və dənizdə quraşdırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunan rəsmi mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. “ATA” tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” üçün inşa olunan platformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 faiz tamamlanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır.

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda bitib. Sentyabrın 6-da isə Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Bu, “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.

TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üzrə işlərin 88 faizi tamamlanıb

2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

Bu il avqustun əvvəlinə TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. Boru kəməri iki fazada inşa olunur. Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, bir ədəd ana xətt və bir ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi aparılır. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

TAP layihəsinin 50 faizdən çoxu icra edilib

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün TAP qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 kilometr olan və layihə dəyəri 4,5 milyard avro olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.

2013-cü il sentyabrın 19-da isə Bakıda “Şahdəniz” qazının Avropaya satışına dair “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, "Hera Trading srl" və "Shell Energy Europe Limited" şirkətləri ilə uzunmüddətli sazişləri imzalandı. Sazişlər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoydu. Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, "Hera Trading srl" və "Shell Energy Europe Limited" şirkətləri arasında “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzaladı. Bu şirkətlər hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək. Bu sazişlərin ardınca isə həmin il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub.

“Cənub Qaz Dəhlizi”nin sonuncu halqası və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan-550 kilometr, Albaniya-215 kilometr, Adriatik dənizi-105 kilometr, İtaliya-8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP qaz boru kəməri layihəsinin 50 faizdən çoxu icra edilib. Görülən işlərə mühəndislik, satılma və tikinti işləri daxildir. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib. Boru kəmərinin tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95 faizi Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası isə sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası üçün 40 milyard dollar sərmayə sərf ediləcək. Layihənin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

Bir sözlə neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividendlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Nihad Budaqov

AZƏRTAC-ın aparıcı müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qrenlandiyada əriyən buzlaqlar balinalara yeni yaşayış sahələri açır

Verstappen “Red Bull”la müqaviləsini 2030-cu ilin sonunadək uzadıb

Donald Tramp: ABŞ-nin İrana hücum etməkdən başqa seçimi yox idi

ABŞ kosmik uçuşların sayını beş dəfə artırmağa hazırlaşır

Azərbaycanlı musiqiçilər Balıkesirdə konsert proqramı ilə çıxış ediblər

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2

Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib

Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar

ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib

Rusiya ordusu Çernomorsk limanında iki yük gəmisini vurub

Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb

Fransada anomal istilər elektrik enerjisini kəskin bahalaşdırıb

İran XİN: ABŞ-nin yeni sanksiyaları “iqtisadi terrorizm və insanlığa qarşı cinayətdir”

Frankfurt-Çikaqo aviareysini yerinə yetirən “Lufthansa” təyyarəsi Şotlandiyaya məcburi eniş edib

Salyanda ağır yol qəzası olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Fransada saxta xəbərlərlə investorları aldadan fırıldaqçılarla bağlı xəbərdarlıq edilib

Avropa Komissiyası Ukraynaya silah tədarükü üzrə müzakirələri davam etdirir

Bu saata olan əsas xəbərlər

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Kürdəxanıda tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

® Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur

Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır

Musiqi seçimi imkanları genişləndikcə insanın zövqü dəyişə bilərmi? - sosioloq

Səkkizguşəli məqbərənin sirri: Şahi-Zində kompleksi ilə Azərbaycanı nə bağlayır? VİDEO

Azərbaycana turist gətirən çarter aviareyslər subsidiyalaşdırılacaq

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur VİDEO

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur VİDEO

Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi təşkil olunub

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək

Turizm sektorunda kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulacaq

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

İctimai iaşə obyektlərində yay mövsümündə qida təhlükəsizliyi necə təmin olunur?

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Qırğızıstanda “Juventus Academy” futbol mərkəzinin yaradılması planlaşdırılır

Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb

“AzərEnerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında müqavilə imzalanıb

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Bakıda, Şuşada və Xankəndidə əmək münasibətləri ilə bağlı posterlər nümayiş olunur

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

Heyvanların identifikasiyası nə üçün vacibdir?

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

Turizm ixtisasları üzrə təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılacaq

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir – MÜSAHİBƏ

Oğuzda “Kitab karvanı” layihəsi başa çatıb

Yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi veriləcək

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir - ŞƏRH

Naxçıvan Orta Dəhlizin mühüm nəqliyyat qovşağına çevriləcək - ŞƏRH

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

“Azerbaijan.travel” platforması təkmilləşdiriləcək

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi – ŞƏRH

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb

Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir - Ekspert rəyi

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir? VİDEO

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir? VİDEO

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

Hulusi Kılıç: Prezident İlham Əliyev Türk dünyasının inteqrasiyası prosesinin ön sıralarındadır

Nazim Cəfərsoy: TRIPP-in reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq

Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Dünya enerji bazarında növbəti qiymət artımı dalğası başlayıb

Milli musiqimiz Pekində təbliğ olunacaq

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir - ŞƏRH

® “Unibank”ın 7 faizədək endirimli kredit kampaniyası davam edir

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin  130 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı