Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017” keçirilir

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Oktyabrın 12-də Bakıda SOCAR-ın dəstəyi ilə “Argus Beynəlxalq Qiymət Agentliyi” tərəfindən təşkil olunan ikigünlük “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017” işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sammitin açılış mərasimində “Argus Media”nın Rusiya, MDB və Baltik ölkələri üzrə rəhbəri Vyaçeslav Mişşenko tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, sammit neft-qaz, logistika sahələri üzrə müxtəlif müzakirələrin aparılması üçün əlverişli platformadır və regionda qarşılıqlı əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirib ki, ötən əsrin sonlarında, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi qətiyyəti və dönməz iradəsi nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesində yeni dövrün başlanğıcını qoyub. Bu il sentyabrın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə həmin layihənin davamı olaraq Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqları və “Günəşli” (AÇG) yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Yeni sazişin bizim üçün daha əlverişli şərtlərlə imzalanması Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir.

“Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan qüdrətli iqtisadiyyata sahibdir. Yeraltı-yerüstü sərvətlərimiz, xüsusilə də neft-qaz ehtiyatlarımız zəngindir. Azərbaycan xalqı hələ uzun illər bu milli sərvətlərdən faydalana biləcək. 1994-cü ildə ilk müqavilə imzalananda AÇG yataqlar blokunun ehtiyatları təqribən 510 milyon ton həcmində qiymətləndirilirdi. Ancaq bu blokdan ilk neftin hasil olunduğu 1997-ci ildən 20 il ötməsinə baxmayaraq, AÇG yataqlar blokunda bu gün də 550 milyon tondan çox neft ehtiyatının olduğu müəyyən edilib. Əminik ki, bu da son rəqəm deyil”, - deyə R.Abdullayev qeyd edib.

SOCAR-ın prezidenti qeyd edib ki, son illər Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən neft-qaz layihələri qlobal iqtisadi proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib, ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısı kimi tanıdıb. Azərbaycan bu gün mühüm xam neft və təbii qaz mənbəyi kimi dünya birliyinin diqqət mərkəzindədir. Hazırda həyata keçirdiyimiz “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın ən böyük enerji və infrastruktur layihəsidir. Avropa İttifaqı tərəfindən dəstəklənən, istehsalçı, tranzit və istehlakçı dövlətlərin sıx əməkdaşlıq layihəsi olan “Cənub Qaz Dəhlizi” ilk mərhələdə 3500 kilometrlik bir ərazidə Azərbaycanın, region ölkələrinin, Mərkəzi və Cənubi Avropanın bir sıra ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinə töhfə verəcək. İlkin mərhələdə “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmləri olacaq. Hazırda istismarda olan “Şahdəniz-1” mərhələsində stabil dinamika əldə edilib. Hasilat gücü ildə 9 milyard kubmetr qaz təşkil edir. İşlənmənin ikinci mərhələsində isə əlavə olaraq daha 16 milyard kubmetr qaz hasil ediləcək. Həmin həcmin 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropa İttifaqı ölkələrinə nəql ediləcək.

“Bu məqsədlə 3 seqmentli yeni infrastruktur zənciri yaradılır. İlk növbədə mövcud Cənubi Qafqaz Boru Kəməri genişləndirilir. “Cənub Qaz Dəhlizi”nin birləşdirici həlqəsi olan TANAP hasil olunacaq qazı Türkiyə və Avropa ölkələrinə nəql edəcək. Dəhlizin sonuncu seqmentini isə TAP kəməri təşkil edəcək. Türkiyə-Yunanıstan sərhədindən başlayacaq TAP “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəql edilməsi üçün inşa olunur. Hər üç seqment üzrə işlər qrafikə uyğun davam etdirilir. “Cənub Qaz Dəhlizi” ilə ilk qazın 2018-ci ildə Türkiyə, 2020-ci ildə isə Avropa alıcılarına çatdırılması nəzərdə tutulur”, - deyə SOCAR-ın prezidenti qeyd edib.

R.Abdullayev SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi neft-qaz emalı və kimya layihələrinin əhəmiyyətindən də bəhs edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri”, “Çıraq” yataqları və “Günəşli” (AÇG) yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni sazişin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, 2006-cı ilin iyunundan bu il iyun ayının sonunadək Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə ümumilikdə 365 milyon ton, yəni 2,74 milyard barrel xam neft nəql olunub. O bildirib ki, bu vaxtadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşıb. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulur.

O qeyd edib ki, noyabrın sonunda isə “Astara (Azərbaycan)-Astara (İran)” yeni dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. “Astara (Azərbaycan)-Astara (İran)” yeni dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işləri yekunlaşıb. Astara çayı üzərində dəmir yolu körpüsünün inşası başa çatdırılıb. İran ərazisində tikinti işləri davam etdirilir.

Energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanın əldə etdiyi uğurların əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində icra olunan beynəlxalq miqyaslı layihələrlə sıx bağlı olduğunu bildirib. O, son illər Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən neft-qaz layihələrinin qlobal iqtisadi proseslərin ayrılmaz tərkib hissəsinə çevrildiyini, ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısı kimi tanıtdığını qeyd edib.

Sammitin “Neft bazarı və Xəzər regionunun neft məhsulları” adlı birinci sessiyasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə, “Litasco”nun neft-kimya üzrə direktoru Aleksey Dzyuba və “Arqus” agentliyinin baş redaktoru Rauf Hüseynov müxtəlif mövzularda ətraflı çıxış edib, tədbir iştirakçılarını maraqlandıran suallara cavab veriblər.

“Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017” müxtəlif sessiyalarda öz işini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır