SİYASƏT


Ann-Mari Mişeno: Belə konfranslar mədəniyyətlərin qarşılıqlı tanınmasına töhfədir

Konyak, 17 iyun, AZƏRTAC

Belə tədbirlər vasitəsilə Konyak və Tovuz şəhərləri arasında əlaqələri daha da genişləndirmək mümkündür. Müntəzəm görüşlər əlaqələri daha da möhkəmləndirir. Belə birgə tədbirlər vasitəsilə konyaklılara dostluq etdiyimiz ölkə və şəhəri tanıdırıq.

Bu fikri AZƏRTAC-a müsahibəsində Konyak şəhər merinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Ann-Mari Mişeno bildirib.

Qeyd edib ki, Heydər Əliyev Fondunun fransız dilində nəşrləri Azərbaycan haqqında geniş məlumat almağa, onu yaxından tanımağa imkan yaradır.

“Konyaklıların hamısını qardaşlaşdığımız Tovuza aparmaq mümkün deyil. Ona görə də tovuzluları tarixləri, mədəniyyətləri haqqında məlumatları konyaklılarla bölüşməyə dəvət edirik.

Belə birbaşa görüşlər daha səmərəli olur və mədəniyyətlərin qarşılıqlı tanınmasına töhfə verir. Bayram 1 həftə davam edəcək. Gələcəkdə belə bayramı hər 2 ildən bir “Qardaşlaşma bayramı” adı altında keçirmək niyyətindəyik”, - deyə Ann-Mari Mişeno vurğulayıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Konyak

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.