REGİONLAR
Şəmsəddin Hacıyev: Bir qarış da torpağımızı işğal altında qoymayacağıq
Cəbrayıl, 3 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarla bağlı qətiyyətli siyasəti var. Bu, ondan ibarətdir ki, mövcud status-kvo saxlanıla bilməz, tezliklə dəyişilməlidir. Biz bir qarış da torpağımızı işğal altında qoymayacağıq. Heç bir qondarma qurum bu danışıqlara cəlb oluna bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev jurnalistlərə müsahibəsində söyləyib.
Azərbaycanın getdikcə daha da gücləndiyini deyən Ş.Hacıyev bildirib: “İqtisadiyyatımız inkişaf edir, hərbi potensialımız artır. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ordumuz bütün göstəricilərə görə Ermənistan ordusundan dəfələrlə üstündür və işğal altında olan bütün torpaqlarımızı azad etmək iqtidarındadır. Prezident İlham Əliyevin dediyi kimi, “Erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var. Əgər ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin”.