DÜNYA


Qazaxıstan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artırıla bilər

Nur-Sultan, 16 may, AZƏRTAC

Nur-Sultanda Qazaxıstanın Baş naziri Askar Mamin ilə Gürcüstan Baş nazirinin müavini Mamuka Baxtadze arasında görüş keçirilib. Görüşdə tranzit-nəqliyyat sahəsində qarşılıqlı maraq doğuran məsələlərə xüsusi diqqət yetirilib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı iqtisadi-ticari əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iqtisadiyyatın ayrı-ayrı sektorlarında əmtəə dövriyyəsinin həcminin artırılması, konkret investisiya layihələri barədə qərarlar qəbul etmək niyyətlərindədirlər. Qısa müddətdə qarşılıqlı ticarətin həcminin ikiqat artırılaraq 300 milyon dollara çatdırılması nəzərdə tutulur.

Ötən il Qazaxıstan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 34,6 faiz artaraq 100 milyon dollar təşkil edib. Nəqliyyat, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Nəticədə 2015-2018-ci illərdə bu marşrut üzrə tranzit daşımaları 13 dəfədən çox artıb. Bu il daşımaların həcminin 120 min konteynerə çatdırılması planlaşdırılır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.