Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
Bakı, 26 aprel, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Antoni Blinken Çinə səfəri çərçivəsində bu gün Pekində Çin Sədri Si Cinpinlə görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə France-Presse agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadla məlumat yayıb. Lakin bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Antoni Blinkenin Çinə səfəri aprelin 24-də Şanxaydan başlayıb. Bu, onun Birləşmiş Ştatların Dövlət katibi vəzifəsində ÇXR-ə ikinci səfəridir. Danışıqlarda ikitərəfli, regional və qlobal problemlərin, o cümlədən Ukrayna və Yaxın Şərq münaqişəsinə dair məsələlərin müzakirəsi planlaşdırılır.
Dövlət katibinin ÇXR-ə səfəri aprelin 26-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]