İDMAN


“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov dörddəbir finalın ilk partiyasında heç-heçə edib

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir final oyunlarının ilk partiyası oynanılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarovun polşalı Kriştof Duda ilə ilk oyunu heç-heçə başa çatıb.

Dörddəbir finalın digər oyunlarında Veselin Topalov (Bolqarıstan) Maksim Vaşe-Laqrava (Fransa) məğlub olub. Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) isə Yu Yanqi (Çin) ilə heç-heçə ediblər.

İyulun 16-da dörddəbir final çərçivəsində ikinci partiyanın oyunları keçiriləcək.

Qran-Prinin nəticələrinə əsasən ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.