İDMAN


Bu gün şahmatçılarımız dünya kubokunda cavab qarşılaşmaları keçirəcəklər

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kubokunun 1/64 final mərhələsinin cavab partiyaları oynanılacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov Farer Adaları təmsilçisi Helgi Ziska, Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şankland, Arkadi Naidiç almaniyalı Niklas Huşenbet, Nicat Abasov isə Polşa təmsilçisi Perun Kasper ilə cavab qarşılaşmaları keçirəcəklər. Birinci turda Ş.Məmmədyarov və T.Rəcəbov qələbə qazanıblar. E.Səfərli, N.Abasov heç-heçə ediblər, A.Naydiç isə məğlub olub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.