İDMAN


Okon 2021-ci ildə “Mercedes”də Hemilton və Bottası əvəz edə bilməyəcək

Bakı, 12 sentyabr, AZƏRTAC 

“Mercedes”in rəhbəri Toto Volfun sözlərinə görə, Enstoundan olan komandanın heyətində 2020-ci və 2021-ci illər mövsümündə çıxış edəcək fransalı pilot Esteban Okonun “Renault” komandası ilə ikiillik müqaviləsi onun “Mercedes”in sıralarına qayıtmasına şərait yaradacaq opsiyaların pozulmasını nəzərdə tutmur.

AZƏRTAC xəbər verir ki, “RaceFans” Toto Volfun bu sözlərini sitat gətirir: “Belə hallar nəzərdə tutulmayıb. Növbəti iki mövsümdə Okon “Renault” komandasının tamhüquqlu pilotu olacaq. Bundan sonra hər iki tərəf üçün müxtəlif opsiyalar olacaq, lakin 2021-ci ildə komandaya qayıtmaq opsiyası mövcud deyil”.

Okon 2019-cu il mövsümünü “Mercedes”in ehtiyat pilotu statusunda keçirir. Bu, onun ötən mövsümün sonunda Force India”/”Racing Point” komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.

“Mercedes”in mükafatlı pilotları Luis Hemilton və Valtteri Bottasın qüvvədə olan müqavilələri 2020-ci il də daxil olmaqla hesaba alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.