DÜNYA


Kobani hadisələri ilə bağlı Türkiyədə törədilən kütləvi iğtişaşlardan altı il ötür

Ankara, 25 sentyabr, AZƏRTAC

Kobani hadisələri ilə bağlı Türkiyədə törədilən kütləvi iğtişaşlardan altı il ötür. Hadisələrlə əlaqədar aparılan istintaq nəticəsində 7 vilayətdə 82 nəfər saxlanılmış, onlardan 19-u həbs olunmuşdu.

AZƏRTAC xəbər verir ki, İstanbul, Ağrı, Diyarbəkir, Şirnak və digər şəhərlərdə PKK-nın siyasi qanadı hesab edilən Xalqların Demokratik Partiyasının (HDP) təşkilatçılığı ilə törədilən iğtişaşlar nəticəsində banklara, sərnişin avtobuslarına, əhalinin daha çox toplaşdığı yerlərə hücumlar edilib, yanğınlar və partlayışlar törədilmişdi.

Xatırladaq ki, İŞİD terror təşkilatı İraqın Kobani şəhərinə hücumunu bəhanə edən HDP-nin qərarı ilə Türkiyədə keçirilən etiraz aksiyaları iğtişaşlara çevrilmiş, dövlətə və əhaliyə ciddi ziyan vurulmuşdu.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.