DÜNYA


Türkiyədəki partlayış terrorçunun üstündəki bombanın partlaması əsasında baş verib

Ankara, 27 oktyabr, AZƏRTAC

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində zərərsizləşdirilən terrorçunun üstündəki bomba partlayıb.

AZƏRTAC xəbər verir ki, PKK terrorçuları terror aktı törətmək məqsədilə Amanos dağlarından Hatay bölgəsinə eniblər. Hatayın Dörd yol rayonunda nəzarət məntəqəsində “dayan” əmrinə tabe olmayan terrorçular polisə atəş açıblar. Terrorçuları təqib edən qanun keşikçiləri onları İsgəndərun rayonu ərazisində sıxışdırıblar. Baş verən atışmada terrorçulardan biri öldürülüb. Vurulan terrorçunun üstündəki bomba partlayıb. İkinci terrorçunun da zərərsizləşdirildiyi bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan hadisəni kəskin ifadələrlə qınayaraq, polis əməkdaşlarını və hataylıları təhlükənin dəf olunması münasibətilə təbrik edərək bildirib ki, artıq Türkiyə belə terror aktları ilə məşğul edilən ölkə deyil.

Hazırda bölgədə antiterror əməliyyatı və hadisənin araşdırılması davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.