REGİONLAR
Hacıqabulda tərəvəz sahələrindən 19 min tondan çox tərəvəz yığılıb
Hacıqabul, 27 oktyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda tərəvəz yığımı davam edir. Məhsul istehsalçıları becərdikləri sahələrdən indiyədək 19 min 983,4 ton tərəvəz yığıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 15 min 32 hektar sahədə tərəvəz əkiblər. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək əkin sahələrindən 19 min 983,4 ton məhsul yığıblar. Tədarük olunan tərəvəzin 1413 tonunu xiyar, 2 min 202 tonunu pomidor, 2 min 612 tonunu badımcan, 323 tonunu bibər, 31 tonunu kələm, 97 tonunu soğan, 48 tonunu sarımsaq,15,5 tonunu isə digər tərəvəzlər təşkil edib.
Rayonda tərəvəz yığımı ilin sonunadək davam edəcək.