Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Zəngilan rayonu tarixi abidələr yurdudur - Məmmədbəyli türbəsi

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycanda erkən sivilizasiya ilə həmyaşıd olan maddi mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz sərvətidir. Bu abidələr, eyni zamanda, xalqımızın mənəviyyat tarixinin “arxivi”, qızıl səhifələridir. Tarixi abidələrimizin qorunması, gələcək nəsillərə çatdırılması, tədqiqi, mühafizəsi, bərpası və beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkə daxilində və xaricində bu sahədə böyük işlər həyata keçirirlər. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə inteqrasiyasını təmin edir.

Lakin 30 ildir Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə abidələr və tarixi yerlər qəddarcasına dağıdılıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalıb. Həmçinin bu ərazilərdə 40 mindən çox əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər professor İbrahim Zeynalovun “Zəngilan rayonu tarixi abidələr yurdudur - Məmmədbəyli türbəsi” məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarca türbə var. Bunlardan biri də oktyabrın 20-də ordumuz tərəfindən düşmən işğalından azad edilən Məmmədbəyli kəndindəki səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsidir. 1304-1305-ci illərdə inşa edilmiş türbə memarlıq-konstruktiv formasına görə digərlərindən seçilir. Türbə səkkizbucaqlı şəkildə inşa edilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları isə yonulmuş daşla çox səliqəli formada üzlənib. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Məmmədbəyli türbəsi haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İvan Şeblıkin (1884-1947) verib. Abidə memarlıq quruluşu cəhətdən Füzuli rayonunda inşa edilən digər türbələrdən fərqlənir. Türbə dövrümüzədək salamat gəlib çatıb. Lakin 1993-cü ildə Zəngilan rayonu, o cümlədən Məmmədbəyli kəndi ermənilər tərəfindən işğal edildiyindən, türbənin hazırkı vəziyyəti haqqında məlumatımız yoxdur. Türbə yonulmuş ağ daşdan tikilib, lakin pərvazı tünd rəngli daşlardan hörülüb. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvarı türbələrinə bənzəyir. Abidənin karnizi qara rəngli daşdan işlənib, tikintisində isə çay daşlarından istifadə edilib. Türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünür. Üzlük, eyni zamanda, divarın əsas hissəsini təşkil edir. Türbənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Deyilənə görə, bu abidədən Həkəri çayının digər sahilində Şərifan kəndinə yeraltı tunel var imiş. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış. Türbənin maraqlı və orijinal kitabəsi də diqqəti cəlb edir. Adi sıradan çıxıb sətirdən yuxarıda qaldırılmış kəlmələr, pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İlk dörd sətirdə müqəddəs Qurani-Kərimdən ayələr verilir. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, binanın memarı və bənnası Əli Məcdəddindir.

“Anadoludan tutmuş Çinədək uzanan İpək Yolu üzərində, Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbü Səid dövründə tikilən karvansaray var. Həmin yolun üzərində Məmmədbəyli kəndindəki Yəhya ibn Məhəmməd türbəsi qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunma texnikasına görə, qeyd olunan karvansaray kitabəsi ilə oxşarlıq təşkil edir. Qeyd olunan kitabədə də memar Əli Məcdəddinin adı yazılıb. Türbənin səkkizguşəli korpusu piramidavarı örtüklə tamamlanıb. Dördbucaqlı qapı yeri yer səthindən xeyli hündürə qaldırılıb və üzərində nəbati elementlərlə iki cərgə prizmatik stalaktitlərlə haşiyələnib. Haşiyə yuxarı hissədən düzbucaqlı çiyinlərlə tamamlanır. Türbənin tərəflərinin sahəsi də yuxarı hissədən düzbucaqlı çiyinlərlə tamamlanan taxça formasında işlənib. Stalaktit haşiyədən içəri, qapının üzərində, yuxarı hissədə qövsvarı çatılmış bütöv bir sal daş yerləşdirilib. Daşın yuxarı hissəsi 21 santimetr enində kitabə motivi ilə haşiyələnib. Haşiyənin içərisində daşın sahəsi 2 santimetrədək qazılmış yuxarı hissədən üçrəngli tax formasında salınıb. Bu hissədəki altı sətirlik ərəbcə kitabə süls elementli nəsx xəttilə oyma üsulunda yazılıb. Kitabə bəzi yerlərdə daş sınıb töküldüyü üçün xarab olub və çox çətinliklə oxunub bərpa edilib. Kitabəni ərəbcə yazılmış yuxarı dörd sətrində Quran ayələri verilib.

Qeyd edək ki, Əli Məcdəddinin adı indiyədək memarlıq tarixində məlum deyil. Türbədə dəfn olunan Yəhya ibn Məhəmmədin kitabədə “zəif qul”, “miskin” kimi ləqəblərlə qeyd olunmasına baxmayaraq feodal təbəqəsinə məxsus şəxs olub. Yəhyanın atası Məhəmmədin kitabədə qeyd olunmuş “əl-Hac” ləqəbi tədqiqatçıları çox maraqlandırır. Bu ləqəb orta əsrlərdə dövlət xadimlərinə verilirdi. “Əl-Hac” ləqəbinin Azərbaycan dövlət xadimlərinə verilməsini bir sıra orta əsr ərəbdilli kitabələr də təsdiq edir”, - deyə məqalədə bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib