SİYASƏT


Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Ukraynanın Azərbaycandakı Səfirliyinin binasında Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun təyin edilməsi üzrə mərasim baş tutub.

Konsulluqdan AZƏRTAC-a bildirilib ki, mərasimdə Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi Şamaxı şəhərində Ukraynanın yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında sazişi imzalayıblar.

Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.

Ukraynanın Azərbaycandakı fəxri konsulu vəzifəsinə təyin olunan M.Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakültəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur “SAP” və “DeGolyer & MacNaughton Corporation” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun konsulluq dairəsi Azərbaycanın Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.