Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş Prokurorluğun yeni inzibati binasında “Qarabağ Azərbaycandır” kitabının və “Qanun keşikçiləri” adlı filmin təqdimatı olub YENİLƏNİB VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisindəki yeni inzibati bina kompleksində “Qarabağ Azərbaycandır” kitabının və “Qanun keşikçiləri” adlı bədii-sənədli filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyev təqdimat mərasimində çıxış edərək dövlətimizin başçısının prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan danışıb. Kamran Əliyev bildirib ki, Baş Prokurorluğun ən müasir tələblərə cavab verən yeni inzibati bina kompleksi Azərbaycan Prokurorluğunun fəaliyyətinə verilən böyük önəmin göstəricisidir. Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev prokuroruq orqanlarını dövlətin əsas sütunlarından biri adlandırırdı.

Prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Baş prokuror Kamran Əliyev qeyd edib ki, yeni inzibati bina kompleksində yaradılan şərait prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək. Bu, həmçinin prokurorluğun kollektivinə göstərilən böyük etimaddır. Biz, prokurorluq əməkdaşları bu etimadı doğrultmaq, fəaliyyətimizi daha səmərəli qurmaq, qanunun aliliyini təmin etmək üçün bundan sonra da səylə çalışacağıq.

Kamran Əliyev məlumat verib ki, tədbirdə prokurorluq əməkdaşları tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır” kitabının və “Qanun keşikçiləri” filminin təqdimatı keçiriləcək. Eyni zamanda, mobil vətəndaş müraciəti mobil tətbiqetmə proqramı təqdim olunacaq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək bildirib ki, son dövrlərdə prokurorluq orqanlarında institusional və geniş kadr islahatları həyata keçirilib. Müasir dövrün çağırışlarına uyğunlaşmaq üçün çevik və funksional fəaliyyəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun strukturunda ciddi dəyişikliklər olub, yeni idarələr yaranıb, kadrlar təyin edilib. Nəticədə prokurorluq orqanlarının kadr korpusu əhəmiyyətli dərəcədə yenilənib.

Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısı prokurorluq orqanlarının əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycan Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Baş Prokurorluğunun ən müasir tələblərə cavab verən yeni inzibati bina kompleksi buna nümunədir. Bu kompleks Prezident İlham Əliyevin Azərbaycan Prokurorluğuna yüksək qayğısının növbəti təzahürüdür. Yeni inzibati bina ən müasir informasiya texnologiyaları, kriminalistik avadanlıq, texniki vasitələr, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunub. Bütün bunlar işin daha səmərəli qurulmasına ciddi təkan verəcək. Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən, mühüm qərarlar qəbul edildi, onların vəzifə maaşları iki dəfə artırıldı. Prokurorluq orqanlarının vəzifəsi insanların hüquqlarını qorumaq, qanunvericiliyin keşiyində durmaqdır. Baş prokurorun təklifi ilə yaxın vaxtlarda qanunvericilik sahəsində də islahatlar həyata keçiriləcək.

Ötən il Azərbaycan dövlətinin tarixində ən şanlı dövrlərin yaşandığını vurğulayan Fuad Ələsgərov deyib: “Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməyə nail olub. Vətən müharibəsi dövründə prokurorluq orqanları da öz vəzifələrini əzmlə və fədakarlıqla yerinə yetirib. İstintaq zamanı prokurorluq əməkdaşları tərəfindən mövcud təhlükə və çətinliklərə baxmayaraq, hadisə yerinə baxış keçirilməsi, ekspertizaların təyin edilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi, zərərçəkmiş şəxslərin dindirilməsi və digər istintaq hərəkətləri həyata keçirilib.

Prezident İlham Əliyevin prokurorluq orqanları əməkdaşlarının təltif edilməsi haqqında müvafiq Sərəncamı bütövlükdə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Şübhə etmirik ki, prokurorluq orqanlarının əməkdaşları Prezident İlham Əliyevin inam və etimadını bundan sonra da layiqincə doğruldacaq, qanunçuluğun və hüquq qaydasının qorunmasında peşəkarlıqla fəaliyyət göstərəcəklər”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Qarabağ Azərbaycandır” kitabının təqdimat mərasimində məlumat verib ki, nəşr “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən hazırlanıb. Kitabda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik qabiliyyətinin, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının və hərbi qüdrətinin təzahürü olan şanlı Vətən müharibəsində parlaq Qələbə, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, yardıma ehtiyacı olan ailələrə göstərdiyi xeyirxah və nəcib qayğı, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlər geniş işıqlandırılıb.

Vurğulanıb ki, 5 bölmədən ibarət 590 səhifəlik kitab Baş prokuror Kamran Əliyevin müəllifi olduğu “Müqəddimə” ilə başlayır. Kitabın “Ölkədə” adlandırılan birinci bölməsində dövlətimizin başçısı İlham Əliyevin Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi fəaliyyəti, keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamlar, Təhlükəsizlik Şurasının iclasları, komanda-qərargah toplantıları, xalqa müraciətləri, işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumatlar yer alıb.

Həmçinin qeyd olunub ki, kitabın “Xalqa xidmət missiyası” bölməsi Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş soydaşlarımızın və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəlmiş xeyirxah təşəbbüslərinə həsr olunub.

Günay Səlimzadə qeyd edib ki, kitabın növbəti – “Müsahibələr” bölməsi dövlətimizin başçısı İlham Əliyevin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmaz fəaliyyəti, dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələri, televiziya kanalları, informasiya agentlikləri, qəzetlərinə verdiyi müsahibələri yer alıb.

Kitabın “Baş Prokurorluqda” bölməsində Vətən müharibəsinin davam etdiyi 44 gündə, eləcə də sonrakı dönəmdə prokurorluq orqanlarının aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə erməni quldur dəstələrinin mülki əhaliyə və hərbi qulluqçularımıza qarşı törədilən cinayətlərin vaxtında aşkarlanması, təxirəsalınmaz istintaq hərəkətlərinin operativ qaydada və keyfiyyətlə icra edilməsi, təqsirkar şəxslərin barəsində tədbirlərin görülməsi, xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər barədə beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələrinin və nüfuzlu xarici kütləvi informasiya vasitələrinin məlumatlandırılması istiqamətində gördüyü tədbirlərə dair məlumatlar toplanıb. Kitabın sonuncu fəslində Vətən müharibəsinə aid gündəlik xronika, faktlar və rəqəmlər, təhlillər, müzəffər ordumuzun uğurlu hərbi əməliyyatları, işğaldan azad edilən ərazilərimiz, yaşayış məntəqələrimiz, düşmən ordusunun itkiləri, hərbi qənimətlər və digər məlumatlar əksini tapıb.

Tədbirdə, həmçinin Baş Prokurorluğun Kriminalistika və informasiya idarəsinin rəisi Murad Dadaşov mobil vətəndaşlıq müraciəti proqramı barədə məlumat verib. Qeyd olunub ki, vətəndaşların prokurorluq orqanlarına müraciətlərini daha da asanlaşdırmaq üçün mobil tətbiq proqramı yaradılıb. Vətəndaşlar bu proqram vasitəsilə baş prokurorluğa müraciətlərin baxılmasının gedişatını da izləyə bilər.

Daha sonra “Qanun keşikçiləri” filminin təqdimatı keçirilib.

Bildirilib ki, prokurorluq orqanları çağdaş dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaş yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Vətəndaş məmnunluğunun, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlığın təmin edilməsi, maarifləndirmə işinin həyata keçirilməsi istiqamətində prokurorluq orqanları tərəfindən daim kompleks tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi hazırlanan “Qanun keşikçiləri” adlı bədii-sənədli film Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu əks etdirir. Baş Prokurorluğun mətbuat xidmətinin təşkilatçılığı ilə hazırlanan filmin rejissoru Ramil Ağasıyev, ssenari müəllifi jurnalist Lalə Ədalətqızıdır. Filmin baş qəhrəmanı - prokuror rolunun ifaçısı Əməkdar artist Elşən Rüstəmovdur.

Respublika prokurorluğunun əməkdaşlarının da iştirak etdikləri filmdə son dövrlərdə prokurorluqda həyata keçirilən mütərəqqi islahatlar və dinamik inkişaf prosesləri əksini tapıb.

Sonra tədbir iştirakçıları filmə tamaşa ediblər.

Baş Prokurorluğun yeni inzibati binasında “Qarabağ Azərbaycandır” kitabının və “Qanun keşikçiləri” adlı filmin təqdimatı olub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb

Qəzza zolağından azad edilən girovların beşinci qrupu İsrail ərazisinə gəlib

Qətər XİN: İsrail daha 30 fələstinli məhbusu azad edəcək

Göygöldə minik avtomobili aşıb, xəsarət alanlar var

HƏMAS İlon Maskı Qəzza zolağına dəvət edib

Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Şəkidəki obyektlərdən birinə ov tüfəngi ilə atəş açılıb

Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində qəza: ölənlər var

Şirvanda regional konfrans: “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər”

Aşqabadda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb

Kəngərlidə bələdiyyələr üçün seminar təşkil edilib

Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub

Quş qripi Argentinada iki yüzdən çox flaminqonun məhvinə səbəb olub

Serbiya Prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlqoyma mərasimində iştirak edib

Sankt-Peterburqda “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” adlı tədbir keçirilib

Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib

Ərdoğan ilə Quterreş arasında telefon danışığı olub

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı müzakirə edilib

Pekində dünyada ilk dəfə tədarük zənciri sərgisi işə başlayıb

Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar

Çində kömür şaxtasındakı qəzada 11 nəfər ölüb

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında təmsil olunur

Aygün Əliyeva: Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir

SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub

Bank kartlarından oğurluq edən şəxs saxlanılıb

ABŞ-ın addımları “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir– RƏY

SOCAR Özbəkistanda kimyəvi maddələrin və qazma mayelərinin istehsalını həyata keçirəcək

® Dent 360 International

Elm və Təhsil Nazirliyi “Effektiv kommunikasiya” mövzusunda seminar-təlim keçirib

Hakan Fidan NATO-nun Baş katibi və ABŞ-ın Dövlət katibi ilə görüşüb

Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib

Azərbaycan dələduzluğa görə həbs olunan üç nəfəri Özbəkistana təhvil verib

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib

Türkiyəli mütəxəssislər Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdırlar

Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub

AQTA uyğunsuzluqlar aşkar edilmiş üç ictimai-iaşə müəssisəsində yenidən yoxlamalar keçirdi VİDEO

Kamoliddin İşanxojayev: Gələn il ölkəmizdə Özbəkistan və Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu keçiriləcək

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib

“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı kitabın təqdimatı olub

Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar

“Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans keçirilir

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Qəzza sektorunda humanitar atəşkəs iki gün uzadıla bilər

Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib

Yağıntılı hava şəraiti havanın keyfiyyətini əlverişli edib

Azərbaycan Türkiyənin TDT ölkələrinə olan ixracatında ən çox pay sahibidir

Rusiyada COVID-19 virusuna yoluxma həftə ərzində 32,8 faiz artıb

ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi - Yüz ilin rəngləri YENİLƏNİB

Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

AFFA rəsmiləri danışılmış oyunlarla mübarizəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edirlər

Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib

Türkmənistan və Azərbaycan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib

FHN: Nəsimi rayonunda ticarət mərkəzində yanğın olub

İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını hələ də ört-basdır etməyə çalışır

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Sertaç Eray Ersay: Türkiyə yaradıcı sənaye təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Praqa Avropanı artan dini dözümsüzlük barədə xəbərdar edir

İqtisadiyyat nazirinin müavini Siyəzəndə vətəndaşlarla görüşüb

® “OBA” noyabr ayı ərzində sıralarını genişləndirib – STATİSTİKA

Səhiyyə Nazirliyi: Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb

Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib

“Heydər Əliyev dərsləri” çərçivəsində seminarlar davam edir

“Dizayn dediyin belə olar!” – peşəkarlarla tələbələrin görüşü

Komitə sədri: Sus sakinlərinin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir

Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi əməliyyatı həyata keçirilib

Britaniyalı nazir xalqdan üzr istəyib

Havanın temperaturunun normadan çox olması virus infeksiyalarının aktivləşməsinə səbəb ola bilir- AÇIQLAMA

“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” adlı konfrans panel iclaslarla davam edib

Hərbi qulluqçular arasında bilik yarışması keçirilib VİDEO

“İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” - konfrans

İon Sterian: Biz enerji təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycandan qaz idxal edirik

AZPROMO-nun icraçı direktorunun müşaviri: Yaradıcı insanlara iqtisadiyyatla bağlı məqamlarda kömək etməliyik

Bədənində qəlpələr gəzdirən azərbaycanlı aktrisa: Həmişə üstümdə qumbara olurdu

Qazaxıstanın iri yataqlarında neft hasilatı 56 faizədək azalıb

Beynəlxalq Hərbi İdman Şurasının vitse-prezidenti: Bakıda həm dostluq, həm də amansız mübarizə olacaq VİDEO

Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub

Qərbin siyasəti bölgədə davamlı sülhün deyil, idarəolunan münaqişələrin formalaşmasına xidmət edir – ŞƏRH

Mixail Qusman UNESCO-da məsul vəzifəyə seçilib

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşlarla görüşəcək

Bolqarıstanda əhalinin sayı getdikcə azalır

Van Qoqun oğurlanmış əsəri Kral Akademiyası sərgisinin incisinə çevrilib

"Sərhədçi" İdman Mərkəzinin rəisi: Dünya çempionatında uğurlu nəticə üçün bütün gücümüzlə mübarizə aparacağıq VİDEO

Fransada siqaretdən hər il 75 min ölüm halı qeydə alınır

Afina ilə Londonun Parfenon heykəlləri ətrafında çoxillik mübahisəsi davam edir

Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – pilot layihə çərçivəsində görüş

Kimyaçı alimlərin Tbilisidə keçirilən beynəlxalq konfransda elmi məruzələri dinlənilib

Tbilisi Dövlət Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsahibə elan edilir

Ölkə ərazisində orta və yaşlı əhalinin profilaktika məqsədilə vaksinasiyası üçün peyvənd tətbiq olunacaq

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq

Agentlik rəsmisi: Təkrar akkreditasiyadan keçəcək təhsil müəssisələri çatışmazlıqları aradan qaldırmalıdırlar

Kiyevdə Ulu Öndərin 100 illiyinə həsr edilən poçt markası dəstinin təqdimatı olub VİDEO

MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Kuboku: “Qarabağ”ın 1/8 finaldakı rəqibi dəqiqləşib

Kamran Rəsulov: Hazırda peşə məktəblərinin pilot akkreditasiyası aparılır

Füzulidə ağacəkmə aksiyasında 100 ədəd Eldar şamı və sərv ağacı əkilib

Europol: Ukraynada haker qrupunun rəhbəri saxlanılıb

AQTA-nın müfəttişləri tərəfindən dönərxanalarda keçirilən növbəti plandankənar yoxlamaların nəticələri açıqlanıb

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının dəyirmi masası keçirilib