ELM VƏ TƏHSİL


AzMİU-nun əməkdaşları beynəlxalq layihə üzrə tərəfdaş universitetlərin görüşündə iştirak ediblər

Bakı, 25 fevral, AZƏRTAC

Avropa İttifaqının “Erasmus+KA2 GEOCLIC – Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” layihəsi üzrə Azərbaycan, Türkmənistan və Qazaxıstandan olan tərəfdaşların ilkin görüşü keçirilib. Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya mühəndisliyi kafedrasının müdiri Fəqan Əliyev, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və şöbə müdirinin müavini Könül Şirinova iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, toplantıda Avropa tərəfdaşları ilə birgə keçiriləcək növbəti görüşə hazırlıq, təqdimatların, layihə ilə bağlı sənədlərin hazırlanması, layihənin icrası ilə bağlı ortaya çıxan və gözlənilən problemlər haqqında müzakirələr aparılıb.

Xatırladaq ki, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında əməkdaşlığa töhfə vermək, yeni texnologiyalardan istifadə edərək sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək üçün bakalavr, magistr və doktorantura səviyyələrində tədris proqramlarının modernləşdirməsini hədəfləyən layihə 2020-ci ildə qazanılıb. 2023-cü ilə qədər davam edəcək layihənin koordinatoru Əl-Fərabi Qazax Milli Universitetidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.