ELM VƏ TƏHSİL


Estoniyada təqaüdlü təhsil və tədqiqat proqramlarına qeydiyyat davam edir

Bakı, 21 aprel, AZƏRTAC

Estoniyada 2021-2022-ci il tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə təqaüdlü təhsil və tədqiqat proqramlarına qeydiyyat davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Estoniya universitetlərində yay kursları, tədqiqat və mühazirələrdə iştirak, eləcə də dərəcə proqramları (bakalavriat, magistratura və doktorantura) üzrə təqaüdlü təhsil imkanları yaradır.

Müraciət etmək istəyənlər təqaüd proqramı barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elan vasitəsilə əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.