DÜNYA


Filippin Prezidenti “Yeni Xalq Ordusunun” yaraqlılarını öldürmək barədə göstəriş verib

Tokio, 12 may, AZƏRTAC

Filippin Prezidenti Rodriqe Duterte hökumət qüvvələrinə radikal solçu “Yeni Xalq Ordusunun” (YXO) yaraqlılarını yerindəcə öldürmək barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippinin dövlət başçısı Mindanao əyalətinə səfəri zamanı bəyan edib.

R.Dutertenin sözlərini sitat gətirən “Manila Bulletin” nəşri yazır: “YXO-nun nümayəndələrinə gəlincə, mənim əmrim onları məhv etməkdir. Əgər siz YXO-nun nümayəndəsinin silah gəzdirdiyini görürsünüzsə, onu öldürün. Başqa heç nə demək lazım deyil, əks halda o, sizi öldürəcək”.

Qeyd edək ki, Filippin Prezidenti 2017-ci ildə Maoçu Filippin Kommunist Partiyasının silahlı qanadı olan YXO-nu terrorçu təşkilat elan edib. Həmin vaxt hərbçilərə və mülki vətəndaşlara qarşı törədilən qanlı cinayətlər səbəbindən R.Duterte sülh danışıqlarını dayandırmağı da əmr edib. 2020-ci il dekabrın 9-da Filippin Antiterror Şurası YXO-nu respublikanın terrorçu təşkilatları siyahısına daxil edib. Ötən ilin martında isə, Filippin lideri orduya bu yaraqlılara atəş açmaq və onları öldürmək barədə göstəriş verib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.