CƏMİYYƏT


“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıb

Bakı, 16 may, AZƏRTAC

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub.

Qazax Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırma zamanı Cavid Məmmədovun 2020-ci il fevralın 6-dan sentyabrın 30-dək olan dövrdə ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə olunan pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsədiyi müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.