Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

27 Sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır

27 Sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır

Bakı, 24 sentyabr, AZƏRTAC

2020-ci il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Həmin gün Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, ordumuz əks-hücuma keçdi və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. 44 gün çəkən döyüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz erməni qəsbkarlarını diz çökdürdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Gilas Qurbanova bildirib. O vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si respublikada Anım Günü kimi qeyd ediləcək.

27 Sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır, qürurverici bir gündür. Həmin gün ilk həmlədə Rəşadətli Ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı daha da gücləndirdi, xalqın “Dəmir yumruq” ətrafında birləşməsinə yol açdı. Müzəffər Ali Baş Komandan xalqa müraciətində “Bizim işimiz haqq işidir, biz qalib gələcəyik” söylədi. Azərbaycan Prezidenti hər çıxışı ilə həm xalqı qələbəyə ruhlandırır, həm də uzun illərdən bəri informasiya savaşında üzləşdiyimiz bütün sədləri öz dəmir məntiqi ilə vurub dağıdır, savaş meydanında hər gün irəliləyən Şanlı Ordunun Müzəffər Ali Baş Komandanı, siyasət meydanında güclü təzyiqlərə sinə gərən, qüdrətli dövlət xadimi kimi davamlı olaraq zəfər tariximizin parlaq səhifələrini yazırdı. Birinci vitse-prezident Mehriban Əliyevanın həmin günlərdə sosial şəbəkələrdə paylaşdığı “Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” sözləri isə Azərbaycan xalqında torpaqlarımızın işğaldan tamamilə azad olunacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına sonsuz əminlik yaratdı. Əsgər və zabitlərimizin, ümumən ordumuzun, insanlarımızın böyük ruh yüksəkliyi də bundan xəbər verirdi.

Dünya hərb tarixi üçün yeni olan 44 günlük haqq savaşı bizim xalq olaraq bir-birimizə, xüsusən də sərkərdəmizə inam və sevgimizin nümayişinə çevrildi. Beləcə sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.

“Şuşasız bizim işimiz yarımçıq olar”, - deyən Müzəffər Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi ümummilli lider Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi.

Şuşanın işğaldan azad edilməsi, bu əzəmətli məkana üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu. Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatı ilə Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Azərbaycan Prezidentinin və birinci xanımın işğaldan azad olunmuş ərazilərə səfərləri, Qarabağda aparılan bərpa-quruculuq işləri xalqımızın o torpaqlara qayıdışının təntənəsidir. İşğaldan azad olunmuş ərazilərdə bayrağımızı ucaldan dövlətimizin başçısı erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərə, o cümlədən Kəlbəcər və Ağdam rayonlarının boşaldılması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırılmasına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi haqda mühüm mesajlar verdi.

Bütün bu zəfərdə qardaş Türkiyə Azərbaycanın yanında oldu. Zəfərdən sonra isə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın 15 İyun – Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsini imzalamaları iki qüdrətli ölkənin münasibətlərini iqtisadi, siyasi və hərbi baxımdan ən yüksək səviyyəyə çatdırdı. Növbəti on ildə Qarabağın dirçəldilərək cənnətə çevrilməsi və onun potensialının ölkə iqtisadiyyatına yönəldilməsi prioritet məsələ kimi qarşıda durur.

Güclü iqtisadiyyatı, zəfərdən doğan böyük ruh yüksəkliyi, milli həmrəyliyi olan müstəqil dövlətimiz yeni hədəflərə uğurla çatacaq! Çünki onun İlham Əliyev kimi qətiyyətli rəhbəri, düşmən niyyətlərini məhv edən Müzəffər Ali Baş Komandanı və milli maraqları hər şeydən uca tutan Prezidenti var.

Prezident Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha tarixi Zəfərimizi şərtləndirən amillərə, beynəlxalq münasibətlərdə gücün və hüququn roluna diqqəti yönəldərək artıq Dağlıq Qarabağ münaqişəsi anlayışının olmadığını bildirdi. Bununla yanaşı belə bir çağırış da ifadə edildi ki, biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağıdılmış şəhərlərimizi unuda bilmərik. Bu fikirlər Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına, xüsusən gənc nəslə ünvanlanmış çox önəmli nəsihət kimi dəyərləndirilərək daim diqqətdə saxlanılmalıdır. Günümüzün əsas tələbi məhz gənclərimizin milli ruhda tərbiyə olunması, şəhidlərimizin həyat yolunun onlar üçün vətənpərvərlik məktəbi olmasıdır. Məhz gənclərimizin torpaq, Vətən sevgisi onların silahlanaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini 44 gündə qəhrəmancasına, rəşadətlə yerinə yetirmələrini şərtləndirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan Vətən oğullarının qisası döyüş meydanında alındı, Azərbaycanın dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan diz çökdü, dünya kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. Vətən müharibəsinin ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğu bütün dünyaya bəyan edildi.

Müharibənin başlanmasından ötən bu müddətin təhlili əldə edilən nəhəng uğurların, illərlə aparılmış hazırlıqların bəhrəsidir və indi böyük quruculuq işlərinə start verilib.

Ümumiyyətlə, bu hazırlıq işlərinin aparılmasında əsas amil şübhəsiz ki, xalq-iqtidar birliyi oldu. Əminliklə demək olar ki, dövlətimizin siyasəti xalq tərəfindən dəstəklənir. Müharibə və onun nəticələri bir daha təsdiqlədi ki, münaqişənin tezliklə həllinə inamı yaradan dövlətimizin düşünülmüş siyasəti nəticəsində əldə etdiyimiz uğurlarla yanaşı, Azərbaycan xalqının Prezidentin ətrafında sıx birliyi də əsas oldu. Dövlətimizin başçısı İlham Əliyevin sözlə əməl birliyi bütün sahələrdə özünü nümayiş etdirir. Bu isə öz növbəsində xalqın Prezidentinə, onun siyasətinin gələcəyinə əminliyi gücləndirir.

Xalq müzəffər rəhbərinin ətrafında bir yumruq kimi birləşir. Əsl “Dəmir yumruq” kimi. Bu mənada işğaldan azad edilmiş Hadrut qəsəbəsində ucaldılan “Dəmir yumruq” abidəsi xalqımızın, dövlətimizin, rəhbərimizin iradə və əzminin nümayişidir. Düşmənə əsl göz dağı, dərsdir. Təbliğat xarakterli, düşmənə mesajlar ünvanlayan belə mühüm addımlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırlatmasının davamıdır. Bu mənada düşmən hər zaman o “Dəmir yumruğ”u başının üzərində hiss etməli və torpaqlarımıza göz dikməyi xəyalına belə gətirməməlidir.

İşğal altında olan torpaqlarımız yüzlərlə qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edilib. Onlarla mülki vətəndaşlarımız xəyanətkar düşmənin döyüş cəbhələrindən uzaqlarda yerləşən ərazilərə raket zərbələrindən həlak olub. 27 Sentyabr - Anım Günü bizə, hər bir Azərbaycan övladına, Vətən müharibəsində itirdiyimiz insanları xatırladacaq, onların xatirəsi daim qəlbimizdə yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib