İDMAN


“Australian Open-2022”: Kişilərin yarışında yarımfinalçılar müəyyənləşib

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da “Böyük dəbilqə” seriyasından tennis üzrə kişilər arasında “Australian Open-2022” turnirinin yarımfinalçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dörddədir finalda kanadalı tennisçi Feliks Oje-Alyassimi məğlub edən Daniil Medvedev (Rusiya) yarımfinalda Yunanıstan təmsilçisi Stefanos Tsitsipas, fransalı Monfis Qaelə qalib gələn Matteo Barrettini (İtaliya) isə ispaniyalı Rafael Nadal ilə üz-üzə gələcəklər.

Yarımfinal görüşləri yanvarın 28-də və 29-da keçiriləcək.

Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazanarsa Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində liderliyi əldən verəcək. Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir. Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turnirinə yanvarın 30-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.