İQTİSADİYYAT


2017-ci ildə “Azərenerji” ASC-nin “Qaynar xətt”inə 12 min 12 zəng daxil olub

Bakı, 14 yanvar, AZƏRTAC

2017-ci ildə “Azərenerji” ASC-nin “186” saylı “Qaynar xətt”i öz operativliyini tam təmin edib. Bu dövr ərzində “Qaynar xətt”ə 12 min 12 zəng daxil olub. Operatorlar tərəfindən bütün zənglər 24 saat, həftənin şənbə və bazar günləri də daxil olmaqla diqqətlə dinlənilib, araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Təkcə Yeni il bayramı günlərində bu xidmətə 70 zəng olub.

Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın şəhər və rayonlarından gələn müxtəlif məzmunlu müraciətlər əsasən bildiriş, cərimə, elektrik xətti, enerji borcu, sayğac, smart-kart, nəzarətçinin davranışı və fasilələrlə əlaqədar olub.

2018-ci ildə də “Azərenerji” ASC-nin “Qaynar xətt”i istənilən kateqoriyalı şəxslərə müvafiq xidmətini göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.