İDMAN


2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Final matçı 2019-cu il mayın 29-da oynanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar sentyabrın 20-də UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında açıqlanıb.

Qitənin ali futbol qurumunun İcraiyyə Komitəsinin 13-cü növbədənkənar konqresi çərçivəsində keçirilən iclasda UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb.

UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi uğrunda Bakı Olimpiya Stadionunun rəqibi olan “Atletiko Madrid” klubunun “Vanda Metropolitano” stadionu qalib gəlib. Qərara əsasən, Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının final matçına ev sahibliyi edəcək. Super kubok uğrunda qarşılaşma isə İstanbulun “Beşiktaş” futbol klubunun stadionunda - “Vodafon Park”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.