MƏDƏNİYYƏT


“2022-ci ilin yubilyarları” adlı tədbir təşkil olunub

Bakı, 4 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı 2022-ci ildə yubileyləri qeyd olunan ədiblərə həsr olunan “2022-ci ilin yubilyarları” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə kitabxananın əməkdaşı İradə Hüseynova bu günün əhəmiyyətindən danışıb. O, bu il yubileyləri qeyd olunan Əhməd Cavad, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Fikrət Əmirov və digərləri ədiblər haqqında məlumat verərək, onların mədəni irsindən, həyat və yaradıcılığından, qələmə aldıqları əsərlərdən, onlar haqqında nəşr olunan kitablardan və kitabxanada yubilyarlarla bağlı təşkil olunan digər tədbirlərdən, həmçinin bu ilin sonuna qədər yubilyarlarla bağlı nəzərdə tutulan tədbir planlarından danışıb.

Sonda tarzən Həsən Həsənzadənin və xanəndəlik sinfinin şagirdi Musapur Sunayın ifasında bədii kompozisiya nümayiş olunub, eyni zamanda şairə X.Natəvan haqqında yazılan şeir səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.