İQTİSADİYYAT


2025-ci ilədək kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 faizə çatdırılması hədəflənir

2025-ci ilədək kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 faizə çatdırılması hədəflənir

Bakı, 14 mart, AZƏRTAC

BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə 2025-ci ilə qədər kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 faizə çatdırılması hədəflənir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

“Bu hədəfə nail olmaq üçün BMT agentliklərindən əsas xahişimiz kiçik və orta biznesin dəstəklənməsi istiqamətində layihələrin sayının artırılmasından ibarətdir. Eyni zamanda, əhatə dairəsinin genişləndirilməsinə də ehtiyac var. BMT agentliklərinin və hökumətin bu istiqamətdə səylərinin artırılması gözlənilən əsas hədəflərdəndir”, - deyə H.Hüseynov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.