QAN YADDAŞI
20 Yanvar faciəsinin 32-ci ildönümü İtaliya mətbuatında geniş işıqlandırılıb
Roma, 21 yanvar, AZƏRTAC
Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü İtaliya kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, “Giornale Diplomatico”, “Kmetro0”, “Notizie Geopolitiche”, “Notizie Yahoo”, “Globus Magazine” kimi nəşrlər Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü, İtaliyanın Şərqi Avropa Tarixi üzrə Araşdırmalar Mərkəzinin (CSSEO) Arxiv Kitabxanasının və Leviko Terme şəhərində Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə videoformatda keçirilmiş “1990: Azərbaycanın Qara Yanvarı” adlı seminar, natiqlər tərəfindən səsləndirilmiş fikirlər barədə məlumatlar dərc edib.
Habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanatı İtaliyanın “European Affairs”, “Kmetro0” və “Agenzia Nova” kimi mətbuat orqanları tərəfindən yayılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma