REGİONLAR
20 Yanvar hadisələri istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tarixə həkk olunub
Füzuli, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq şəhər, kənd və qəsəbələrdə Azərbaycanın Dövlət Bayrağı endirilib, 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günü tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda təşkil olunan tədbirdə həzin musiqi sədaları altında 20 Yanvar şəhidlərinin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzülüb.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]