MƏDƏNİYYƏT


Elnur Əliyev İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin müşaviri ilə görüşüb

Bakı, 18 may, AZƏRTAC

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin müşaviri Əbuzər İbrahim Torkmanla görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonağı səmimi salamlayan E. Əliyev tarixən ölkələrimiz arasında mövcud olan və güclənən mədəni əlaqələrdən bəhs edib. Ədəbiyyat sahəsində olan mənəvi bağlardan danışıb.

Tərəflər dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf etdiriləcəyinə inamlarını bildirərək, bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Əbuzər İbrahim Torkman da öz növbəsində Mədəniyyət Nazirliyinin rəhbərliyini İran İslam Respublikasına rəsmi səfərə dəvət etdikdən sonra Qarabağ, xüsusən Şuşada keçirilən mədəni, ədəbi tədbirləri dəstəklədiklərini vurğulayıb. Muzeylərin, kitabxanaların eləcə də digər mədəniyyət ocaqlarında aparılan bərpa və yenidənqurma işlərində yaxından iştirak etməyə hazır olduqlarını bildirib.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.