Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.