CƏMİYYƏT
Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıblar
Bakı, 4 iyul, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinə iyulun 3-də saat 2 radələrində şəhər sakini A.Qurbanova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar.
Polis əməkdaşları tərəfindən onların şəhər sakini S.Abdullayevanın “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən olunub.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.