ELM VƏ TƏHSİL
220 NÖMRƏLİ ORTA MƏKTƏBİN MÜƏLLİMİ VƏ ŞAGİRDİ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDƏCƏKLƏR
Bakının Nizami rayonundakı 220 nömrəli orta ümumtəhsil məktəbinin müəllimi Nahidə Hüseynova və şagirdi Nurlan Mirzəliyev sentyabrın 17-dən 20-dək İspaniyanın Barselona şəhərində keçiriləcək Beynəlxalq Mandialoq simpoziumunda iştirak edəcəklər.
Məktəbin direktoru Almaz Əsgərova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, onlar simpoziuma 2004-cü ildə YUNESKO-nun keçirdiyi Mandialoq müsabiqəsinin qalibləri kimi dəvət edilmişlər.
Xatırladaq ki, müsabiqədə dünyanın müxtəlif ölkələrinin ümumtəhsil məktəblərindən 1446 komanda iştirak etmiş, onlardan 25-i qalib adını qazanmışdır.
Layihə Almaniyanın “Mersedes-kraysler” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.