İQTİSADİYYAT


Energetika naziri Əlcəzairin “Sonatrach” şirkəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bakı, 29 noyabr, AZƏRTAC

Əlcəzairdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Sonatrach” şirkətinin baş direktoru Taufik Hakkar arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Sonatrach” şirkətinin fəaliyyətinə dair geniş məlumat verilib və şirkətin SOCAR ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb. Əlcəzairdə kəşfiyyat, tədqiqat sahələrində mühəndislik xidmətləri, Azərbaycanın təcrübəsindən bəhrələnməklə neftqazçıxarma obyektlərinin tikintisi və yerli istehsalat üzrə “Sonatrach” şirkəti ilə əməkdaşlıq, həmçinin hər iki ölkənin müvafiq şirkətlərinin birgə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin “SOCAR Trading” və “Sonatrach” arasında enerji məhsulları üzrə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Energetika naziri Pərviz Şahbazov gələcək əməkdaşlığın müəyyənləşdirilən yol xəritəsi üzrə hər iki tərəfin tezliklə fəaliyyətə başlamasının vacibliyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Sonatrach” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi, həmçinin Əlcəzair Neft İnstitutunda olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.