DÜNYA


Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə bir araya gələcəklər

Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə bir araya gələcəklər

Bakı, 3 fevral, AZƏRTAC

Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri arasında danışıqların aparılacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Məlumata görə, Türkiyə, Rusiya və Suriya Müdafiə nazirliklərinin nümayəndə heyətləri dekabrda Moskvada keçirilən danışıqların davamı olaraq tezliklə texniki səviyyədə danışıqlar aparacaqlar.

“Yaxın günlərdə nümayəndə heyətlərimiz əvvəlki danışıqların davamı olaraq texniki səviyyədə görüşlər keçirəcək”, - deyə Hulusi Akar qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.