ELM VƏ TƏHSİL


Professor Musa Qasımlı: Aprel döyüşləri Vətən müharibəsində qazanılan Qələbənin baş məşqi oldu

Professor Musa Qasımlı: Aprel döyüşləri Vətən müharibəsində qazanılan Qələbənin baş məşqi oldu

Bakı, 1 aprel, AZƏRTAC

2016-cı ilin aprelində keçirilən hərbi əməliyyat Ermənistanın təxribatına cavab verməklə işğal altında olan bir sıra torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Apreldə qazanılan qələbə həm hərbi-strateji, həm də siyasi-mənəvi, psixoloji əhəmiyyətə malik idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O vurğulayıb ki, Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini azad etməsi aprel əməliyyatlarının hərbi-strateji baxımdan əhəmiyyətini göstərir.

“Aprel döyüşləri nəticəsində ordumuz bir sıra ərazilərimizi nəzarətə götürə bildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat qayıdış üçün imkan yarandı. Heç əbəs deyil ki, bundan az sonra Prezident İlham Əliyev Cocuq Mərcanlının bərpasına dair sərəncamlar imzaladı. Qısa müddətdə kənd bərpa olundu, infrastruktur yaradıldı. Apreldə qazanılan qələbənin siyasi-mənəvi, psixoloji əhəmiyyəti hər şeydən əvvəl onunla bağlı idi ki, Azərbaycan Ermənistanı və onu müdafiə edən dövlətləri bir daha xəbərdar etdi. Bildirdi ki, ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq. Əslində Aprel döyüşləri 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin baş məşqi oldu. Bu qələbə Ermənistanda mövcud olan hakimiyyət böhranını daha da dərinləşdirdi. Xocalı cəlladı Serj Sarkisyanın hakimiyyəti laxladı və Ermənistan daha dərin böhrana qədəm qoydu. Aprel döyüşləri nəticəsində Azərbaycan xalqının milli-mənəvi, psixoloji ruhunu, qələbə əzmini daha da artdı”, - deyə Musa Qasımlı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.