Hadrutun qış görüntüləri FOTOLENT VİDEO
Xocavənd, 15 yanvar, T.Ağaməmmədov, foto A.İbrahimov, AZƏRTAC
Qarabağ silsiləsinin cənub-şərqində, füsunkar təbiətin qoynunda yerləşən Hadrut qəsəbəsi qış fəslində özünəməxsus təbiət mənzərələri ilə diqqəti çəkir.
Hadrutun girişindəki Azərbaycan Bayrağının rəngləri ilə boyanmış daşın yanından qəsəbəyə doğru irəlilədikcə açılan əsrarəngiz gözəlliklər - dağları, qayaları, meşələri naxışlarla bəzənən ağ libas, qarın və şaxtanın yaratdığı tablolar insanı valeh edir.
AZƏRTAC işğaldan azad olunan Hadrutun qış görüntülərini təqdim edir.