Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

28 May - Milli varlığımızı xalqımıza qaytaran gün

28 May - Milli varlığımızı xalqımıza qaytaran gün

Bakı, 27 may, AZƏRTAC

Azadlıq əsarət altına düşmüş hər bir xalqın ən böyük arzusu, mövcudluğunu davam etdirmək imkanıdır. Filosoflardan birinin qeyd etdiyi kimi, azad olmaq özün kimi olmaq deməkdir. Bəli, azadlıq öz Vətənində istədiyin kimi, azad insan və azad xalq olaraq yaşamaq xoşbəxtliyidir.

İtirilmiş milli kimliyimizi geri qaytarmaq – özümüzə qayıtmaq üçün ötən əsrin 20-ci illərində aydınlarımız, milli məfkurə daşıyıcılarımız Rusiya imperiyasının süqutundan sonra dövlətçiliyimizi bərpa edərək azad insanların Xalq Cümhuriyyətini qurdular. Bu, həqiqətən, özümüz kimi olmaq, azad yaşamaq, müstəqil inkişaf etmək üçün tarixin yaratdığı ilk fürsətdən yararlanmaq cəhdi idi. Milli varlığımıza sahib çıxmaq üçün babalarımız 1918-ci ilin mayın 28-də Şərqdə ilk azad cəmiyyət sayılan demokratik quruluşu – Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Beləliklə, 28 May tariximizə azadlıq erasının başlanğıcı kimi yazıldı.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, cəmi iki il mövcud olan müstəqil dövlətimizi çar imperiyasının varisi olan bolşevik Rusiyası süquta uğradaraq bir xalqın azadlıq arzusunu zorakılıqla boğdu, azadlıq şüarı altında xalqımızı yenidən əsarət boyunduruğu altına saldı. Cümhuriyyət qurucularına amansız divan tutuldu, onun verdiyi azadlıq milli varlığın danılması ilə əvəz olundu.

Azərbaycan total surətdə, zorla itaətə sürükləndi. Uğrunda “qan tökməyə, can verməyə hazır” olduğumuz üçrəngli bayrağımız dalğalandığı yüksəkliklərdən namərdcəsinə endirildi. Müstəqilliyi süquta uğradılmış doğma Vətənimizdə təkcə azadlığımız deyil, dilimiz, əlifbamız, dinimiz və mənəvi dəyərlərimiz sovet Rusiyasının amansız təqiblərinə məruz qaldı.

İstiqlalına yetişmiş, milli haqlarına sahib çıxmış xalqımızın müstəqilliklə bağlı arzu-diləkləri gözündə qaldı. Yenidən yad-yabançı bir dünyaya sürükləndik, özümüz olmaqdan məhrum edildik. Azərbaycanın mütərəqqi ziyalıları və işıqlı insanları repressiya olundu, imperiyaya sadiq yerli nökərlər nəsli – manqurtlar yetişdirildi. Bunlar azmış kimi, Azərbaycanın qərb torpaqlarında Ermənistan adlı dövlət yaradıldı.

Xalq imperiya məqsədləri üçün neft çıxarmağa, taxıl, pambıq, üzüm əkməyə məhkum edildi. Sovet Azərbaycanının rəhbərliyinə bilərəkdən digər millətdən olan insanlar gətirildi, milli varlığımızı məhv etmək, rənglərini silmək üçün müxtəlif xain üsullara əl atıldı. Lakin bütün bunlar xalqın bağrından qopub siyasi olimpə yüksəlməyə nail olmuş Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə səngidi, milli varlığımız dirçəldildi. Xalqına sahib çıxmış Ümummilli Lider Azərbaycanı əhəmiyyətli formada dəyişərək milliliyin qorunması, özünüdərkin aşılanması istiqamətində ciddi fundamental işlər gördü.

Xalq yenidən özünü tanımağa, yaddaşını geri qaytarmağa başladı. Təhlükələrə baxmayaraq dahi rəhbər əvvəlcə ana dilimizi özümüzə qaytardı. İmperiyanın hədə, təhdidləri altında cəsarətli və inanılmaz addımlar atan Heydər Əliyev müstəsna bir məharətlə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail oldu. Sonrakı addımları ilə Ulu Öndər gələcək müstəqil Azərbaycanın yol xəritəsinin təməlini cızdı. Ölkə sosial-mədəni sahədə sürətlə milliləşdirildi. Müstəqil düşüncəli yeni nəsil yetişdirildi. Xalqın azadlıq arzusunun gerçəkləşməsi üçün münbit şərait yaradıldı.

Bütün bunların nəticəsi idi ki, şər imperiyası yıxılar-yıxılmaz, xalqımız milli haqlarına sahib çıxdı. Sovet imperiyasına müstəqil cümhuriyyət kimi daxil olmuş Azərbaycan dövləti bu zorakı və yalançı ittifaqdan suveren dövlət kimi çıxmağa nail oldu. Beləliklə, 70 illik əsarətə son qoyuldu. Azərbaycan xalqı tarixi arzusuna qovuşaraq yenidən dövlət müstəqilliyini elan etdi.

Azadlığına qovuşan Azərbaycan Respublikası keçmişə sayğı və ehtiramını nümayiş etdirərək Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi. İstiqlalımızın, özgürlüyümüzün bəyanı olan 28 May Respublika Günü tarixi bəraətini aldı. Milli taleyimizdə azadlıq günəşi kimi parlayan həmin tarixi təntənəni ümummilli coşqu və azadlıq eşqinin təcəssümü kimi qeyd etməyə başladıq.

Deputat sonda qeyd edib ki, lakin düşmən dairələr bu tarixi şansı heçə endirmək üçün 70 il əvvəl olduğu kimi, yenə də azadlığımıza qənim kəsildi, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üzbəüz qaldıq. Bu dəfə bacarmadılar!

Ulu Tanrının xalqın xilası üçün qoruyub saxladığı Ümummilli Lider əfsanəvi bir qəhrəman kimi Vətənin imdadına yetişdi, ölkənin müstəqilliyini, xalqın azadlığını məhv olmaqdan xilas etdi. Xarici və daxili düşmənlərimizin bütün arzularını ürəyində qoyan böyük strateq kimi Heydər Əliyev müstəqilliyimizin əbədiliyinin təminatçısı oldu. Bu möhtəşəm təminatla müstəqil Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında bütün hədəflərinə nail olaraq regionun super gücü kimi qlobal münasibətlərin vacib tərəfdaşına çevrildi.

Müqəddəs bayrağımız bu gün dünyanın bütün ölkələrində, möhtəşəm konfrans salonlarında və ən əsası işğaldan azad olunmuş tarixi ərazilərimizdə dalğalanır. Himnimiz planetin hər yerində təntənəli mərasimlərdə əzəmətlə səslənir.

Bu o deməkdir ki, xalqımız azad, dövlətimiz isə müstəqildir. Azərbaycanın müstəqilliyini bizə əmanət etmiş Ulu Öndər Heydər Əliyevin dediyi kimi, heç bir qüvvə müstəqilliyimizi sarsıda bilməz.

Müstəqilliyimiz dönməzdir, əbədidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Naxçıvana səfər ediblər

Pakistanda terror aktı nəticəsində 34 nəfər həlak olub

FHN daha bir tibb müəssisəsinin rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlayıb

MEK-ə Türk Dil Qurumu tərəfindən hazırlanan nəşrlər təqdim olunub

Bakıda informasiya texnologiyaları ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi

“Peterburq teatr mövsümləri" festivalı: Sankt-Peterburqun ən yaxşı teatrları Bakıya gəlir

"YAŞAT" Fondu şəhidin əkiz övladlarının xərclərini qarşılayıb

Nazir Adil Kərimli Mingəçevirdə mədəniyyət müəssisələrinə baxış keçirib

“Technest University” tədris proqramı çərçivəsində 118 tələbə məzun olub

Mədəniyyət naziri Mingəçevirdə şəhid qardaşların ev-muzeyində olub

Vyanada “Heydər Əliyev İli”nə həsr olunmuş konsert təşkil olunub

ATMU: Tələbələr üçün “İçərişəhər” Qoruğunda ixtisas təlimi keçirilib

“AzerGold” QSC-nin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib

Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adını daşıyan küçənin ünvan lövhəsinin açılışı olub

Türkiyə respublika elan olunduqdan sonra dil islahatlarına başlanılıb - elmi sessiya

Prezident İlham Əliyev Milli Şəhərsalma Forumunda Vətən müharibəsinin başlanması səbəblərindən danışıb

Baş nazir Əli Əsədov Düşənbədə Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

Gövhər Baxşəliyeva: Akademik Ziya Bünyadov milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda savaşırdı

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq

Dövlət Komitəsinin sədr müavini: Xarici ölkələrdən Azərbaycana qarşı təhdidlər səngimir

ƏƏSMN-nın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

“İxrac icmalı”: Əcnəbilər Azərbaycanda səkkiz ayda bank kartları ilə 1,4 milyard manatlıq əməliyyat aparıblar

“Yuğ” Teatrı oktyabr repertuarını açıqlayıb

Ölkə ərazisində 93 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

Avqust ayında qeyri-neft sektoru üzrə ən çox mal ixrac edilən ölkələrin ilk üçlüyü açıqlanıb

Vətən müharibəsi iştirakçısı: Öz bisnesimi qurmaq üçün hər cür şəraitim var

Kürdəmirdə bölgə vətəndaşlarının aqrar sahə ilə bağlı müraciətlərinə baxılıb

Azərbaycanın qadın taekvondoçuları Cənubi Koreyada hazırlıq keçirlər

İsveçdə cinayətkarlığın artmasına görə sentyabr “qara” ay adlandırılıb

AMADA ilə ictimai birlik arasında Anlaşma Memorandumu imzalanıb

DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib əlaqə yaratmaqdan başqa çarəsi yoxdur - RƏY

Azərbaycan Prezidenti: Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib

® “Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir

Türkiyənin yüksək elmi qurumlarının rəhbərləri Şərqşünaslıq İnstitutunda olublar

Vətən müharibəsindən sonrakı dövrdə 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub

Robert Mobili: Vətən müharibəsi zamanı Azərbaycandakı icmaların birliyi özünü ən yüksək səviyyədə göstərdi

Qarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks hərbi məqsədlər üçün istifadə olunub VİDEO

Prezident: Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib

Prezident İlham Əliyev: 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib

Azərbaycan İlahiyyat İnstitutunu bitirmiş Gürcüstan vətəndaşlarına diplomlar təqdim olunub

“Araz-Naxçıvan”ın futbolçusu: “Zirə” komandasının lider olması bizi narahat etmir

Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb

“Toyota” Hindistanda üçüncü avtomobil zavodu tikəcək

Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir

Gələn il Azərbaycanda EUROSAI WGEA-nın növbəti illik toplantısı keçiriləcək

Dövlət Komitəsinin sədri Xocalı sakinlərinin suallarını cavablandırıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlində tədbir keçirilib

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edib

Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirir

Prezident: Zəngilan məscidinin inşası yekunlaşır

Rusiya XİN-ə Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb

"Araz-Naxçıvan" klubunun qapıçısı İsveç və Polşa yığmaları ilə oyunlara çağırılıb

Azərbaycan Prezidenti: Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik

“Star Avto Servis” MMC-nin kollektivinə fövqəladə hallar zamanı davranış qaydaları aşılanıb

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

® “Araz” supermarketlər şəbəkəsi ölkə iqtisadiyyatına dəyər qatır

Qənirə Ələsgər qızı Paşayeva

Malta “MED 9” sammitinə ev sahibliyi edir

Prezident: Ağalı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar

Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

“Azərkosmos”un sədri: Bu seminar Azərbaycana və bütün tədbir iştirakçılarına yeni ideyalar qazandıracaq

Prezident İlham Əliyev: Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir

ÜST: Dünya üzrə koronavirus ağırlaşmalarında dəyişiklik müşahidə olunmayıb

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

İtaliyada nəqliyyat və aviasiya işçiləri tətil ediblər

Qırğız nəşri antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranan reallıqlardan yazıb

Bu il Aralıq dənizi ilə Avropaya 186 min qanunsuz mühacir gəlib

Ağcabədililər narkomaniyanın verdiyi fəsadlar barədə məlumatlandırılıblar

QMİ rəsmisi: Dövlətimizin Qarabağ ermənilərinə münasibəti Ermənistandan və Fransadan fərqimizi göstərir

Latviya Futbol Liqasının prezidenti “Qarabağ”ın oyununa təyinat alıb

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Azərbaycan-Türkiyə III Enerji Forumunda mühüm sənədlər imzalanıb

FHN əməkdaşı: 3 yaşında əliyalın çıxdığım doğma Xankəndiyə qəhrəman Azərbaycan əsgəri kimi qayıtdım VİDEO

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

Akademik Rafael Hüseynov türk dövlətləri diaspor gəncləri ilə görüşüb

Kukla Teatrı oktyabr repertuarını açıqlayıb

İcma: Braziliya XİN-in son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb

“Filumena Marturano” tamaşası yenidən səhnədə

İstehlakçılara 461,2 milyon manat ƏDV məbləği qaytarılıb

BDU-da qazilərlə görüş

® “Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib

Xaçmazda Qudyalçay üzərindəki yeni körpünün dayaqlarının inşasına başlanılıb VİDEO

Bakıda II Beynəlxalq Onkoloji Konfrans keçirilir

ABŞ Prezidenti Cozef Bayden Qazaxıstana səfər edə bilər

“Azərkosmos” Ümumdünya Kosmos Həftəsinə hazırlaşır

Qohumunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

AFFA-da qadın məşqçilər üçün UEFA kursu təşkil olunub

Deputat: Təəssüf ki, hazırda beynəlxalq hüquq işləmir

İAF rəsmisi: Azərbaycanda güclü kosmik ekosistem yaradılıb

Hesablama Palatasının sədri MDB-yə üzv dövlətlərin AAO Rəhbərləri Şurasının iclasında iştirak edib

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib 
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib YENİLƏNİB VİDEO

Qudyalçay üzərində yeni körpünün inşasına start verilib

Rəvan Həsənov: Ermənistan regiondakı prosesləri təhrif edərək "etnik təmizləmə" kimi təqdim edir