Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir
Bakı, 26 aprel, AZƏRTAC
Əlaqələrimizin dərinləşdirilməsi baxımından bir-birimizi daha yaxşı tanımalıyıq. İki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev aprelin 26-da keçirilən “Müasir mərhələdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri: dərin strateji tərəfdaşlıq” mövzusunda tədbirdə deyib.
Son vaxtlar Türk dövlətləri arasında əlaqələrin intensivləşməsinin önəmini qeyd edən BMTM-in rəhbəri bildirib ki, Azərbaycan Qırğızıstanda bir sıra investisiya layihələri həyata keçirir. Eyni zamanda, Azərbaycan və Qırğızıstan Türk dünyasının üzvləri kimi birgə inkişafa öz töhfələrini verirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]