İDMAN


GİMNASTIMIZ ANNA QURBANOVA OLİMPİADADA ÖZ ÇIXIŞLARINA BAŞLAMIŞDIR

Avqustun 26-da Afina Olimpiya oyunlarında bədii gimnastika yarışları başlanmışdır. Zədələnmiş Dinara Gimatovanın əvəzinə ölkəmizi Anna Qurbanova təmsil edir.

Turnirdə 24 idmançının iştirak etdiyi ilk gün halqa və topla yarışlar keçirilmişdir. Halqa ilə təmrinlərdə idmançımız 22,775 bal, topla təmrinlərdə isə 23,525 bal toplamışdır. İki təmrinin yekunlarına görə Anna Qurbanova turnir cədvəlində 14-cü yerdədir.

Avqustun 27-də gimnastlar lent və gürzlə təmrinlərə başlayacaqlar. İlk onluğa daxil olacaq gimnastların final yarışları isə avqustun 29-da keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.