Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir VİDEO

Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da - Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif proqramlar icra olunur. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan etmişdir. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsil mühüm rol oynayır. Azərbaycanda əldə olunan bu uğurların daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Son illərdə ölkədə yüzlərlə məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə aparılan yenidənqurma işləri də bu tədbirlərin davamıdır.

 Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki,  1961-ci ildən fəaliyyət göstərən bu təhsil müəssisəsində əsaslı təmir və yenidənqurma işlərinə may ayında başlanılmışdır. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış oldular. Burada ulu öndər Heydər Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotostend qurulmuşdur. Üç tədris və bir yardımçı korpusdan ibarət olan 1850 şagird yerlik bu məktəbdə 198 müəllim işləyir.

Məktəbin idman zalı da yenidən qurulmuşdur. Zalda idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi mümkündür. Təhsil kompleksində ən müasir standartlar səviyyəsində qurulan və yeni avadanlıqla təchiz edilən fənn kabinetləri yaradılmışdır. Bütün siniflər əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin zəngin kitabxanasında 40 minə yaxın müxtəlif ədəbiyyat toplanmışdır. Təhsil ocağının sinifləri interaktiv lövhələrlə təchiz olunmuşdur.

Şagirdlərin istifadəsinə iki informatika kabineti də verilmişdir.

Dövlətimizin başçısı ayrı-ayrı fənn kabinetləri ilə də tanış oldu. Məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 350 nəfərlik geniş akt zalı da yaradılmışdır. 

Məktəbin müəllim-şagird kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Sabahınız xeyir olsun. Mən sizin hamınızı yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Eyni zamanda, məktəbinizin əsaslı təmirindən sonra açılışı münasibətilə də təbrik edirəm. Çox gözəl məktəb olub. Əvvəlki vəziyyəti ilə də tanış oldum, fotoşəkillərə baxdım. Siz də - burada oxuyanlar, burada işləyənlər daha yaxşı bilirsiniz ki, əvvəlki vəziyyət necə idi. Qısa müddətdə - cəmi üç ay ərzində məktəb, yenidən qurulub, əsaslı təmir olunub. Onilliklər bundan sonra bu məktəbin bax, belə gözəl vəziyyətdə olması təmin ediləcəkdir. Bütün avadanlıq var, bütün lazımi işlər görülübdür. Ona görə, burada oxumaq da, müəllimlər üçün işləmək də xoş olacaqdır.

Əsas məsələ ondan ibarətdir ki, təhsilin keyfiyyəti daha da yüksəlsin. Çünki məktəb tikintisi ölkədə və Bakı şəhərində geniş vüsət almışdır. Təkcə bu il yay aylarında Bakıda 46 məktəb əsaslı şəkildə təmir edilmişdir. Ölkə üzrə isə 200-dən çox məktəb təmir edilmişdir. Son illər ərzində Azərbaycanda məktəblərin tikintisi, təmiri çox geniş aparılır. Ölkəmizdə cəmi 4500-ə yaxın məktəb vardır. Son on ildə 2700-dən çox məktəb tikilib və əsaslı təmir edilibdir. Ancaq buna baxmayaraq, hələ də təmirsiz məktəblər vardır, o cümlədən Bakıda. Son illərdə Bakıda 267 məktəb əsaslı təmir edilib və tikilib. Ancaq hələ 90 məktəbdə təmir işləri aparılmalıdır. Çünki o məktəblərin vəziyyəti bax bu məktəbin əvvəlki vəziyyəti kimidir. Yəni, bu, o deməkdir ki, hesab edirəm bizə hələ 1-2 il lazım olacaqdır ki, Bakının bütün məktəbləri bax belə gözəl vəziyyətdə olsun.

Təhsilin keyfiyyəti isə elə prosesdir ki, bu prosesin hüdudları yoxdur. Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər. Biz bu məsələyə daim diqqət yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib: “Təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Ölkələr vardır ki, orada təbii sərvətlər yoxdur. Ancaq o ölkələr dünyada ən inkişaf etmiş ölkələrdir. Biz də bu yolu getməliyik. Bizim üstünlüyümüz ondan ibarətdir ki, təbii sərvətlərimiz də var və biz təbii sərvətlərin işlənməsindən əldə edilmiş gəlirləri insan kapitalına, o cümlədən təhsil sahəsində aparılan islahatlara yönəldirik.

Ancaq biz elə etməliyik ki, gələcəkdə ölkəmizin uğurlu və uzunmüddətli inkişafını elm, biliklər, texnologiyalar müəyyən etsin. Elmi-texniki tərəqqi hər bir ölkə üçün onun gələcəyini müəyyən edən amillərdir. Xüsusilə XXI əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər. Əlbəttə ki, müəllim heyəti də təhsilin yüksək səviyyəsini təmin etməlidir.

Ümid edirəm ki, hazırda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülübdür. Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı vardır. Bizim insanlarımız istedadlıdır, biliklidir. Hesab edirəm uşaqlar da başa düşürlər ki, əgər məktəblərdə, ali məktəblərdə yaxşı biliklərə malik olmasalar, gələcəkdə onlar üçün həyatda öz yerini tapmaq o qədər də asan olmayacaqdır.

Bu gün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir insanın gələcəyini müəyyən edir. Getdikcə, ölkəmiz inkişaf etdikcə bu amil daha da ciddi rol oynayacaqdır. Eyni zamanda, əlbəttə ki, hər bir dövlətin inkişafını vətənpərvər insanlar müəyyən edir. Vətən sevgisi, Vətənə bağlılıq həmişə xalqımıza xas olan xüsusiyyətlərdən biri olmuşdur. Xüsusilə bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanda aparılan işlər artıq dünya ictimaiyyətinin diqqətini çəkir. Biz iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Beynəlxalq mövqelərimiz də möhkəmdir. Ona görə ölkəmizlə fəxr etmək üçün kifayət qədər səbəblər vardır. Bunu nəzərə alaraq, bir daha demək istəyirəm ki, gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar.

Əlbəttə ki, bu sahədə həm ailələrin, həm də ki, müəllimlərin çox böyük rolu vardır. Çünki hər bir insanın dünyagörüşü orta məktəblərdə formalaşır. Orta məktəblərdə yaxşı oxuyan uşaqlar adətən ali məktəblərdə də yaxşı oxuyur.

Bu gün təhsil qarşısında duran bir neçə əsas vəzifə əminəm ki, yaxın zamanlarda təmin ediləcəkdir. Ali məktəblərdə təhsilin keyfiyyəti artmalıdır. Peşə məktəblərində yeni vəziyyət yaradılmalıdır. Xüsusilə, iqtisadi inkişafımızı nəzərə alaraq peşə məktəblərinin fəaliyyəti iqtisadi inkişafla uzlaşmalıdır ki, ölkəmiz üçün vacib olan sahələrdə peşəkar kadrlar hazırlansın.

Peşəkar kadrların hazırlanması üçün müxtəlif proqramlar icra edilir. Biz gəncləri xaricə oxumağa göndəririk. Ancaq mən artıq bu barədə öz fikirlərimi bildirmişəm. Bir daha deyirəm, istəyirəm Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, xaricə getməyə ehtiyac qalmasın. Bu da həm müəllimlərdən, həm dövlət rəhbərliyindən, eyni zamanda, təhsil sistemində çalışan bütün insanlardan və əlbəttə ki, uşaqlardan asılıdır. Uşaqlar da məktəbdə yaxşı oxumalıdırlar. Müəllimlərin sözünə baxmalıdırlar. Çünki bu, ilk növbədə onlar üçün, onların gələcəyi üçün lazımdır.

Biz isə çalışacağıq ki, bütün məktəbləri bax, belə gözəl vəziyyətə gətirib çıxaraq, eyni zamanda, təhsillə bağlı bütün digər məsələləri həll edək.

Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

X X X

Məktəbin direktoru Zemfira SƏMƏDOVA çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Bütün kollektivimiz adından Sizə öz minnətdarlığımızı bildiririk. Bu gün bizim məktəbi tarixə qovuşduran bir gündür. Sizin bu qədər işiniz olduğu bir zamanda vaxt tapıb bizimlə görüşə gəlmisiniz, biz bunu bütün kollektivimizə, özümüzə böyük şərəf bilirik, çox sevinc hissi duyuruq. Sizin təhsilə olan qayğınızın nəticəsində az bir müddətdə bizə belə bir gözəl məktəb bəxş etmisiniz. Buna görə Sizə bütün kollektiv adından ürəkdən, min dəfələrlə təşəkkür edirik.

Cənab Prezident, həm Sizin, həm də Mehriban xanımın fəaliyyəti həmişə bizi ruhlandırır. Biz müəllimlər bu gün çalışırıq ki, Siz dediyiniz kimi vətənpərvər vətəndaşlar formalaşdıraq.

Hörmətli cənab Prezident, eyni zamanda, çalışırıq ki, gənclərimiz Sizin kimi Vətəni sevən, çalışqan olsunlar. Gənc nəsil gələcəyin qurucularıdır. Onlar gələcəyimizi, bir sözlə, Azərbaycanın gələcəyini təmin edən, dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyin qoruyan nəsildir.

Bir daha sizə təşəkkür edirik. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir VİDEO

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşı çıxıb

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik