DÜNYA
MİSİR QİBTİLƏRİNİN BAŞÇISI MÜSƏLMAN İCMALARINA ÜMİD BƏSLƏYİR
İslam Məsələləri üzrə Ali Şuranın Qahirədə açılan 18-ci konfransında Papa III Şenuda demişdir ki, hazırda Qərb müsəlmanları öz problemlərini əlaqəli şəkildə həll etmirlər.
4 gün davam edəcək konfransda dünyanın 60 ölkəsindən, o cümlədən ABŞ, Fransa, İspaniya, İtaliya və digər dövlətlərdən üləmalar iştirak edirlər.
Papa III Şenuda Qərbdə güclü müsəlman lobbisinin yaradılması istəyi ilə yanaşı bildirmişdir ki, Qərbi Avropa və Şimali Amerika müsəlmanları arasında birliyin olmaması onların çox böyük potensialından istifadə edilməsinə maneə yaradır. Müsəlmanlar bu problemin həllindən ötrü öz mədəniyyətləri və dini barədə insanlara məlumat vermək üçün xarici dilləri yaxşı bilməlidirlər. O demişdir: “Qloballaşma şəraitinə uyğunlaşmış Çindən nümunə götürmək lazımdır”.