MƏDƏNİYYƏT


AZƏRBAYCAN MÜĞƏNNİLƏRİ ELNUR HÜSEYNOV VƏ SAMİR CAVADZADƏ “AVROVİZİYA-2008” MAHNI MÜSABİQƏSİNİN FİNALINA ÇIXMIŞLAR

AZƏRTAC xəbər verir ki, Belqradda keçirilən “Avroviziya-2008” mahnı müsabiqəsində “Day after day” mahnısı ilə çıxış edən Elnur Hüseynov və Samir Cavadzadə birinci mərhələni uğurla keçərək finala çıxmışlar.

Birinci yarımfinalda 19 iştirakçı, Azərbaycan, Çernoqoriya, İsrail, Moldova, Estoniya, San-Marino, Belçika, Sloveniya, Norveç, Polşa, İrlandiya, Andorra, Bosniya və Hersoqovina, Ermənistan, Niderland, Finlandiya, Rumıniya, Rusiya və Yunanıstan çıxış etmişlər. Tamaşaçıların səsverməsi nəticəsində finala 10 iştirakçı, o cümlədən Azərbaycan, Yunanıstan, Bosniya və Hersoqovina, Rumıniya, İsrail, Finlandiya, Polşa, Norveç, Rusiya və Ermənistan vəsiqə almışlar.

Püşkatmanın şərtlərinə görə, Azərbaycan müğənniləri mayın 24-də final yarışında 20-ci çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.