Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Mərkəzi Bankın oktyabr proqnozlarına görə, 2027-ci ildə ölkədə ümumi daxili məhsulun artımı 2,3 faiz, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3 faiz olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Növbəti ildə xarici sektor üzrə əlverişli mövqeyin qorunacağı, cari əməliyyatlar hesabının profisiti 5,4-5,5 milyard ətrafında olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə T.Kazımov bildirib.
O qeyd edib ki, illik inflyasiyanın hədəf daxilində olacağı gözlənilir: "Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5,9 faiz səviyyəsində qərarlaşacaq. Ümumilikdə 2027-ci il və ortamüddətli dövr üçün təqdim edilən makrofiskal çərçivəni müsbət qiymətləndiririk".
Fotoqraf - Aydın Məmmədov