Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycançılığın məhz ideologiya səviyyəsinə çıxarılmasında, onun sistemləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltməsi, milli-mənəvi irsin dirçəldilməsi və dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində müstəsna xidmətləri olub.
A.Allahverənov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideologiya yeni inkişaf mərhələsinə yüksəlib, tarixi Zəfər isə milli birlik və vətəndaş həmrəyliyini daha da möhkəmləndirib.
Fotoqraf - İlkin Cavanşirov