Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilmişdir VİDEO

Bakı, 23 dekabr (AZƏRTAC). Dekabrın 23-də “Fairmont Baku” otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin, ziyalıların və gənclərin iştirak etdiyi konfransı Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov açaraq Azərbaycan dövlətinin qarşıdakı 5 il ərzində həyata keçirəcəyi strateji layihələrdən və tədbirlərdən danışmışdır.

Bildirilmişdir ki, son 10 il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr olmuşdur. Bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olmuş, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş, hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzü seçilmişdir. Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə Heydər Əliyevin ideyaları təşkil etmişdir. Təsadüfi deyildir ki, bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevə səs verərək ölkəmizin taleyini növbəti 5 ildə də ona tapşırmışdır. Azərbaycan xalqı baş verən müsbət dəyişiklikləri birbaşa öz həyatında hiss edir. Artıq Azərbaycan vətəndaşları azadlığın yalnız obyektiv həqiqət deyil, real imkanlardan ibarət olduğunu başa düşürlər. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaq və bu kimi digər imkanlardan istifadə edən insanlar, bu imkanların Prezident tərəfindən yaradıldığını bilir və qiymətləndirirlər. Bugünkü sabitlik və iqtisadi inkişaf üçün ümummilli lider Heydər Əliyev böyük əmək sərf etmişdir.

Gələcək planlardan danışan Ə.Əhmədov bildirmişdir ki, növbəti 5 ildə Azərbaycan dövlətinin qarşısında böyük işlər dayanır. Prezidenti İlham Əliyev andiçmə mərasimində qeyd etmişdir ki, növbəti 5 ildə iqtisadi rəqabət qabiliyyətinin, insanların rifah halının və həyat şəraitinin daha da yüksəldilməsi nəzərdə tutulmuşdur. Bu işlərin həyata keçirilməsi üçün yeni dövlət proqramları qəbul edilərək, inkişafın yeni mərhələsinin tələblərinə uyğun qaydada icra olunacaqdır.

Ə.Əhmədov konfransın əlamətdar bir gün ərəfəsində keçirildiyini nəzərə çatdıraraq demişdir ki, dekabrın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Ə.Əhmədov bu əlamətdar gün münasibəti ilə Prezident İlham Əliyevi tədbir iştirakçıları və çoxminli YAP üzvləri adından təbrik etmişdir.

YAP Siyasi Şurasının üzvü, Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərə nəzər salaraq bildirmişdir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

Y.Eyyubov demişdir ki, tarixi baxımdan o qədər də böyük dövr olmayan son 10 il ərzində müstəqil Azərbaycan keçid dövrünü başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoymuş, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olmuşdur, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Davos, Krans-Montana, mədəniyyətlərarası humanitar forumların, beynəlxalq müsabiqələrin və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkandır və ölkəmiz birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.

Vurğulanmışdır ki, dünyanın aparıcı ölkələrinin ciddi problemlərlə üzləşdiyi bir vaxtda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür.

Ölkəmizin sosial-iqtisadi inkişafına ciddi töhfələr verən məqsədli dövlət proqramlarının icrası əldə edilmiş nailiyyətlərin əsasında dayanır. Son 10 il ərzində 132 dövlət proqramı təsdiq olunaraq uğurla icra edilmiş və ya edilməkdədir. Bu müddət ərzində ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi 9,5 dəfə, tikinti 5,6 dəfə, turizm 12 dəfə, nəqliyyat 2,6 dəfə, ticarət isə 3,2 dəfə artmışdır. Yoxsulluq səviyyəsi son 10 ildə 8 dəfə azaldılaraq 5,5 faizə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən çoxunu təşkil edir.

Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi inkişafını təmin edən əsas amillərdən biri yaradılmış əlverişli biznes və investisiya mühitidir. Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparır. 10 ildə xarici ticarət dövriyyəsi 8,8 dəfə, ixrac 11 dəfə, idxal əməliyyatları isə 5,8 dəfə artmışdır. Bu dinamik inkişafa Azərbaycan Respublikası Prezidentinin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur.

Vurğulanmışdır ki, andiçmə mərasimindəki proqram xarakterli çıxışında Prezident iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sənayenin, informasiya-kommunikasiya texnologiyalarının, sahibkarlığın və digər sahələrin daha da inkişaf etdirilməsini, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsini prioritet vəzifə kimi irəli sürmüşdür.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası çərçivəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələr bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, XXI əsrin Kontraktı adlandırılan “Şahdəniz-2” layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir.

Qarşıdakı illərdə də diversifikasiya siyasəti çərçivəsində qeyri-neft sənayesinin inkişafı prioritet vəzifələrdən biri olacaqdır. Sumqayıt Texnologiyalar Parkı və sürətlə yaradılmaqda olan Kimya Sənaye Parkının, eləcə də Balaxanı Sənaye Parkının fəaliyyətə başlaması yeni məhsul istehsalının və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, rəqabət qabiliyyətli məhsul istehsalının və ölkənin ixrac imkanlarının artırılmasını və xarici investisiyaların cəlb olunmasını təmin edəcəkdir.

Qeyd olunan tədbirlər nəticə etibarilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş vəzifələrin, o cümlədən, 2020-ci ilədək ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasının, Azərbaycanın ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “Yüksək insan inkişafı” ölkələri qrupunda ön sıralara yüksəlməsini təmin edəcəkdir.

Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov demişdir ki, yeni dövrün hədəfləri seçilərkən ötən illərin təcrübəsinə nəzər salınmalı, əldə edilən uğurlarla yanaşı nöqsanlar da təhlil olunmalıdır ki, gələcəkdə görüləcək işlərdə problemlər meydana çıxmasın. Bu baxımdan tarixə çevrilmiş ötən 10 ildə həyata keçirilmiş bütün layihələr olduqca uğurludur. Çünki Prezident İlham Əliyev ölkəmizin yeni inkişaf modelini hazırlayarkən Heydər Əliyev siyasi kursuna sadiq qalaraq iqtisadi amili əsas götürmüş, insan inkişafını diqqət mərkəzində saxlamışdır. Ötən müddət ərzində Azərbaycan borc alan dövlətdən borc verən dövlətə, investisiya axtaran dövlətdən investisiya yatıran dövlətə çevrilmiş, keçid dövrünü uğurla başa vurmuşdur. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 150 milyard sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə 1,2 milyard manat güzəştli kreditlər verilmişdir.

Nazir bildirmişdir ki, 2003-2013-cü illər ərzində büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması ilə əlaqədar 12, pensiya və müavinətlərin artırılması ilə bağlı 8 Sərəncam imzalanmışdır. Dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətindəki sərəncamları dövlət büdcəsinin sosial yönümlü olduğunu deməyə əsas verir. Təsadüfi deyildir ki, beynəlxalq iqtisadi qurumlar tərəfindən aparılan tədqiqatlara əsasən Azərbaycan insan inkişafına görə qabaqcıl dövlətlər sırasına daxil olmuşdur. Uğurla başa vurduğumuz ötən 10 ildə Azərbaycanın milli mühasibatlıq standartı yaradılmışdır ki, bu həm dövlət büdcəsinin, həm də icmal büdcənin vəsaitlərinin şəffaflıqla xərclənməsini təmin etmişdir.

Qeyd olunmuşdur ki, növbəti illərdə Azərbaycanda iqtisadi imkanların genişləndirilməsi, gənclərin sosial ipoteka kreditləri ilə təmin edilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi kimi məsələlər öz həllini tapacaqdır. Bu nailiyyətlərin əldə edilməsinə Heydər Əliyevin siyasi kursu zəmin yaratmışdır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycanın inkişafında başlıca amil olmuşdur.

YAP Siyasi Şurasının üzvü, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında bildirmişdir ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətin əsas sütunlarından birini də ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı etdirilməsi təşkil edir. Bu gün Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında 70 faizlik göstərici ilə birinci yerdədir. Eyni zamanda, internetin əlçatanlığına görə ölkəmiz dünyada 20-ci yerdə qərarlaşmışdır.

Kosmik məkana çıxışı olan dövlətlərin sırasında yer tutan Azərbaycan son altı ayda birinci süni peykinin fəaliyyətindən təxminən 10 milyon dollar gəlir əldə etdiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir təxminən 2 milyard dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir. Beləliklə, hədəf ümumi daxili məhsulun formalaşmasında İKT-nin payını 10 faizə çatdırmaqdır. Buna nail olmaq üçün orta illik artımın 15-18 faiz təşkil etməsi planlaşdırılmışdır. Ümumiyyətlə telekommunikasiya, internet və radio-televiziya yayım infrastrukturunun inkişafı əsas hədəflər sırasına daxildir. 2020-ci ilədək dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin bütünlüklə “Elektron Hökumət” vasitəsilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tutulmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri bildirmişdir ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir.

Çıxışlardan sonra konfrans bədii proqramla davam etdirilmişdir.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO